Azərbaycan Demokrat Firqəsinin müxtəlif ölkələrdəki üzvləri, fəalları və tərəfdaşları istər bayram günlərində, istərsə də ondan əvvəl bu mərasimlə bağlı bir sıra tədbirlər həyata keçiriblər. Onların bir araya gətirilməsində ADF sədrinin beynəlxalq məsələlər üzrə müavini Abdulla Əmir Haşimi Cavanşirin fəallığı xüsusi qeyd olunmalıdır.
VAŞİNQTON
Bu şəkildə martın 19-da həmin şəhərdə “Novruz bayramı” adlı video-formatda keçirilən tədbirin iştirakçılarını, 1945-1946-cı illərin Milli Hökümətinin gerbini, gözəl Şuşamızdan bir fotonu görürsünüz. Bağlantı zamanı iştirakçılar qədim Novruz bayramı ilə bağlı fikir mübadilələri aparıblar.
STOKHOLM
Bu şəhərdə Güney Azərbaycanımız, ümumiyyətlə Odlar Yurdu ilə bağlı tədbirlərin düzənlənməsinin ən azı 75 yaşı var. Həmin ənənənin əsası 21 Azər hərəkatına qarşı təcavüzdən sonra İsveçə mühacirətə gəlmiş mübariz insanlar tərəfindən qoyulub.
Novruz ümumiyyətlə bu ölkəyə pənah gətirən soydaşlarımızı mənən birlşdirən misilsiz dəyərlərdəndir. Martın 21-də İsveç azərbaycaədnlıları yenə bir araya gəliblər. Bu dəfə ”Yaz təravətli Bahar – Novruz bayramı” adlı onlayn video tədbirdə. Saytımız çalışacaq ki, hər iki tədbirlə bağlı daha geniş sujetlər təqdim etsin.
ŞAD XƏBƏRLƏRİN MUSİQİ OVQATI
TƏBRİZ
AZƏRBAYCAN QIZLARINDAN BİR GÖZƏL BAYRAMLIQ
Şərhlər bağlıdır.