İRANDAN GƏTİRİLƏN 8,5 TON XURMA YARARSIZ ÇIXDI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) mediaya verilən məlumata görə Novruz bayramı ərəfəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna müfəttişlər tərəfindən baxış keçirilib. Nəticədə 8435,2 kq “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.