ƏRƏB TURİSTLƏRİNİN EKOLOJİ QƏDDARLIĞI

TƏDBİR HEÇ DƏ SƏRT OLMADI

Ərəb turistlərin Azərbaycan ərazisində icazəli səfəri zamanı göyərçinlərlə qarşı rəhmsiz rəftarından ölkənin bütün KİV-ləri narazılıqla yazıblar. Üstəlik buna görə onlara qarşı görülən inzibati tədbirlərin yalnız cərimələrlə bitməsi də belə əhval-ruhiyəni yaşadır.

Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun  Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.

Təlimdə ev quşları olan göyərçinlərlə  rəhmsiz rəftar olunması aşkar edildiyindən  həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.