UNUDULMAZ İNSAN BARAT TƏHMAZİNİ XATIRLAYARKƏN

Martın 29-da müasir Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndələrindən biri olan Mətləb Barat oğlu Təhmazinin ADF sədri Rəhim Hüseynzadəyə, dostlara və məsləkdaşlara ünvanladığı mesajda göstərilir ki, bu gün atasının haqq dünyasına qovuşmasından 20 il ötür: “ Mən də atamın oğlu və davamçısı olaraq onu yad edir və bütün dünyasını dəyişənlərə rəhmət diləyirəm. Amin”.

Kino və teatr sənətimizdə unudulmaz obrazlar yaradan Mətləb müəllimin duyğularına həm də ona görə şərik çıxdıq ki, keçmiş fədai Barat kişi nəin ki, mühacirətdə ömrünün sonuna kimi yaşadığı Gəncə şəhərində, eləcə də bütövlükdə Azərbaycan Demokrat Firqəsində özünə dərin hörmət və nüfuz qazanan firqəçilərimizdən biri idi. İnanırıq ki, M. Təhmazi bu şəxsiyyət haqqında geniş bilgilərin təqdimatı üçün ailə arxivindəki sənədlərə əsasən saytımıza oxunaqlı yazı ünvanlayacaqdır. Biz isə hələlik ömrünün sonuna kimi dəyərli xidmətləri ilə öz sözünü demiş görkəmli sənətkarımız Həsən Cəbrayılovun (Ahəngi) “Mühacir” qəzetində gedən “Gəncə teatrının parlaq ulduzu” sərlövhəli yazını bir daha sizlərə təqdim edirik. Həmin materialda Barat kişinin də şəxsiyyətini səciyyələnndirən fikirlər yer alıb.

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ

Şərhlər bağlıdır.