Stokholmun Hallunda kitabxanasında uzun illərdir İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub.

2026/10/16

Tədbirdə Eluca Atalının əsərlərində öz əksini tapmış Azərbaycan tarixinin mühüm səhifələrinə — xüsusilə Qarabağ həqiqətlərinə, soyqırımı hadisələrinə və ölkəmizin iki yerə bölünməsi mövzusuna xüsusi diqqət ayrılıb. Bu məsələlər yazıçının kitablarından gətirilən konkret nümunələr əsasında şərh edilib.

Qeyd edək ki, bu tədbir beynəlxalq səviyyədə tanınan və İsveçi ikinci vətənləri seçmiş yazıçıların geniş ictimaiyyətə tanıdılması məqsədilə keçirilən silsilə görüşlərdən biridir.

 

Şərhlər bağlıdır.