Snayperlər və minaatanlar: Yəməndə uşaqların təhlükəli məktəb yolu

2026.11.14

Şəklin alt yazısı,Yəmənli məktəbli qız: “Qorxuruq, amma təhsil də almaq istəyirik”.
    • Müəllif,Nawal Al-Maghafi
    • Məkan,Taiz, Yəmən .

On yaşlı Rəfif və kiçik qardaşı hər səhər saat 6-da krem rəngli və qəhvəyi məktəbli formalarını geyinərək məktəbə hazırlaşırlar.

Rəfif dostlarını görməyi və riyaziyyatdan ərəb dilinə və İslam elmlərinədək bütün dərsləri səbirsizliklə gözləyir. Gələn il ingilis dilini öyrənməyə başlayacağı üçün çox həyəcanlı olduğunu deyir.

Lakin Rəfif üçün məktəbə gedən yol küçələri keçməkdən və ya avtobusu qaçırmaqdan daha böyük təhlükələrlə doludur.

Yəmənin cənub-qərbində yerləşən Təiz şəhərindəki məktəb «tərəfsiz zona» kimi tanınan vadinin kənarındakı dağın üzərində yerləşir.

Bu vadi ölkənin beynəlxalq səviyyədə tanınan və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti müdafiə edən qüvvələrlə İranın dəstəklədiyi husilərin silahlı birləşmələri arasında vətəndaş müharibəsinin ən şiddətli döyüşlərinin getdiyi cəbhə xəttini təşkil edir.

Məktəbin bir tərəfi hökumətin nəzarətində olan ərazi, digər tərəfi isə husilərin snayper mövqeləridir.

Rəfifin evi dağın ətəyində yerləşir.

 O hər dəfə məktəbə, gedəndə snayperlərə kürəyini çevirərək yoxuş yuxarı yeriməli olur. “Qorxuram”, – deyə o bildirir.

Şərhlər bağlıdır.