ABŞ və Qərb Rusiyanı məğlub etmək üçün ssenariləri sıralamaqdadır. İndi növbədə bloqer Aleksey Navalninin taleyi üzərində qurulan ssenarilərdir. Azerbaycan-ruznamesi.org-un turkustan.info saytından götürdüyü bu yazıda əsas məqamlar təhlilini tapıb: ABŞ və Qərb nə dərəcədə A.Navalninin taleyinə qarşı həssasdır, yoxsa o, növbəti hədəfin qurbanıdır?! Gəlin yazı ilə tanış olaq.
Həbsdə olan rusiyalı müxalif bloger Aleksey Navalnının aclıq aksiyası keçirməsi və ona tibbi yardım edilməməsindən dolayı səhhətinin kəskin pisləşməsi barədə məlumat artıq iki gündür dünya mediasının gündəmindədir.
Dünya mediasının mövzunu gündəmdə saxlamasının səbəbi isə Qərbin böyük güclərinin bu barədə ardıcıl açıqlamalar verməsidir. Ancaq olduqca maraqlı açıqlamalar gəlir.
Məsələn, 44 yaşlı Navalnının yalan, ya doğru, artıq canı ilə əlləşdiyi haqda vəkilinin sözlərinin ardınca ABŞ-dan Rusiyaya edilən çağırışda seçilən ifadələr sanki qəsdən, düşünülmüş şəkildə Kremli qıcıqlandırmağa yönəlib. Yoxsa “Navalnı təcridxanada ölərsə, Rusiya beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyacaq” deyib, ardınca “müxtəlif tədbirləri nəzərdən keçiririk” misalı hədələyici ton diplomatiya və dövlətlərarası münasibətlərdə qətiyyən keçərli deyil – illah ki, Rusiya kimi dövlətə və Putin kimi liderə.
Navalnıdan narahat olan dövlət ən yaxşı halda çağırış edə bilər. ABŞ-ın Sallivanı isə rəsmi şəkildə Rusiyanı Navalnıya görə təhdid edir. O Rusiya ki, Qərbdəki böyük şounun ardından ölkəyə qəhrəman kimi qayıdan müxalif blogeri elə aeroportdaca tutub türməyə soxdu.
Heç bir ölkə, özünə hörmət edən heç bir liderin hansısa dövlətin hədəsi və açıq təzyiqinə boyun əydiyini göstərməsi mümkün deyil. Hətta təzyiqlər olanda belə bunun ifadə formalarının seçilməsinə xüsusi diqqət ayrılır; tutaq ki, çağırış, xahiş, dövlət başçısının humanizmi…
ABŞ və Qərb isə Rusiyaya münasibətdə ən aqressiv ifadələri qəsdən seçir ki, Rusiya icra etməsin, fəsadlar yaransın və Rusiyaya əlavə sanksiya və “dövlətlər bloku” formalaşdırmaq üçün imkan qazanılsın.
Yəni Navalnının səhhəti kimsəni narahat etmir; Navalnının Putini devirəcəyi də kimsənin ağlına gəlmir – real sorğularda reytinqi 1,5 faizə çatmayan bloger Putinə nə edə bilər ki!
Sadəcə, Navalnının ölümü, məsələn, SVİFT-dən Rusiyanın çıxarılması və yaxud Şimal Axını-2-yə son zərbəni vurmaq üçün Almaniyaya aşırı təzyiq fürsəti verərdi.
Rusiya ilə bağlı isə ağır ssenarilər işə düşüb: rublun bu il iki dəfə dəyər itirməsi, diplomatların qovulması prosesinin davam etdirilməsi, Rusiyanın hərbi əməliyyatlar təhdidi ilə resurslarını xərcləməyə məcbur etmək, təbliğat vasitələrinin əhatə dairəsini məhdudlaşdırmaq və s.
Şərhlər bağlıdır.