Bəşərilik böyük cəsarət və xoşbəxtlikdir

Təbrizdə amerikalı Məşrutə şəhidi Baskervil indi də unudulmur

Bəşəri insan olmaq böyük cəsarət və xoşbəxtlikdir. Belələri zatən humanist olur, milli mənsubiyyətə fərq qoymadan daim haqqın yanında dayanır, sözü, lazım gəldikdə silahı ilə zalıma qarşı mübarizənin ön sıralarına qoşulur. Şəhidlik zirvəsinə qovuşduqda isə beləsinin məzarı ziyarətgaha, and yerinə çevrilir. İngilis Eteri Voniç, dünyanın 1 nömrəli partizanı sayılan Çe Gevaro, Polşa üsyançılarının tərəfində rus işğalçılarına qarşı döyüşmüş, Leninin dediyi kimi rus xalqının şərəfini qorumuş Gertsen… adları tarixdə əbədi qalan şəxsiyyətlərdirlər.

Redaksiyamız isə bu qəbildən olan unudulmaz insan, təbrizlilərin yaddaşlarından silinməyən amerikalı Hovard Conklin Baskervilin kimliyinə aydınlıq gətirməyi özünə borc bilir. O, Məşrutə hərakatının taleyinin həll olunduğu məqamlarda başqa əcnəbilərdən fərqli olaraq müşahidəmi kimi dayanıb qalmadı. Gəncləri də ətrafına toplayaraq Məhəmmədəli şah Qacarın cəza dəstələrinə və rus kazaklarına qarşı son nəfəsinədək döyüşdü, şəhid oldu. Haqq dünyasına başı uca şərafətlə qovuşdu.

Azerbaycan-ruznamesi.org oxucularını belə bəşəri insanla tanış etməyi özünə borc bilir.    

Hovard Conklin Baskervilin həyatı

Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir.

Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində şəhid olub.

Cənubi Azərbaycandakı fəaliyyəti

1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir. O, Təbrizdəki missioner məktəbi olan Amerikan Memorial Məktəbində işləməyə başlamış, tarixingilis dili və coğrafiya elmlərini tədris etmişdir. O, həmçinin qızlarla oğlanların birlikdə təhsil aldığı məktəbdə tennis və at sürmə peşəsini də tədris etmiş və şagirdlərə “Venesiya tacirləri”ni əsərini öyrətmişdir.

1909-cu ildə İranda konstitusiya inqilabı gedən zaman o, konstitusiyalı demokratiyanı müdafiə etmək üçün könüllü qüvvələr toplamaq qərarına gəldi. Təbrizdəki amerikan konsulu Uilyam F. Doti onu bu işdən çəkindirməyə çalışsa da, Hovard yüz nəfərdən ibarət dəstə düzəldərək Qacar royalistləri tərəfindən mühasirəyə alınan Təbriz şəhərinin mühasirədən azad edilməsi üçün döyüşdü. Bir qrup şagirdlə şəhəri mühasirədən çıxarmaq üçün etdiyi hücum zamanı Məhəmmədəli şahın ordusu tərəfindən snayper atəşi ilə qətlə yetirildi.  Öldürülən zaman Hovardın 24 yaşı var idi.

Təbrizdəki amerikan qəbirstanlığında Baskervilin başdaşı.

Hovard demişdi:

Mənimlə bu insanlar arasındakı yeganə fərq doğum yerimdir, bu da böyük fərq deyildir.

Hovardın dəfn mərasiminə minlərlə azərbaycanlı qatılmış və o, insanlar tərəfindən qəhrəman kimi qəbul edilmişdir. Şəhid Təbrizdəki xristian qəbirstanlığında dəfn edilmişdir. O, ölümündən 5 gün sonra Təbriz royalistlər tərəfindən ələ keçirilmişdir. Dəfn mərasimində çıxış edən Həsən Tağızadə bu sözləri demişdi:

 Amerika gənc Baskervilin timsalında gənc İran konstitusiyasına öz qurbanını verdi.

Təbriz xalçaçıları Hovardın Amerikada yaşayan anasına göndərilməsi üçün üzərində onun şəkli əks etdirilən xalça toxusalar da, bu mümkün olmadı. Xalça Hovardın cəsarəti və qurbanlarına həsr edilmişdi.

 

Şərhlər bağlıdır.