İranın daha bir antirekordu

Media azadlığına görə dünyada 174-cüdür

İran antirekordlara atdığı imzaları davam etdirməkdədir. Ölkədə infilyasiyanın səviyyəsi, işsizlik, edamların sayı və sairənin ardınca media azadlığı sahəsindəki vəziyyətin acınacaqlı olduğu üzə çıxıb. Bunu həmin sahədə dünya ölkələrindəki vəziyyəti əks etdirən məlumatların yayılması təstiqləyib.

Belə ki, İranın 2019-cu ildə media azadlığı sahəsində 173-cü yeri tutduğunu göstərən hesabat yayımlanmışdı. Bu günlərdə 2020-ci ilin yekun cədvəli təqdim olunub. İran daha bir antirekorda imza ataraq 174-cü yerə keçib. Azerbaycan-ruznamesi.org-da ölkədə söz və mətbuat azadlığına basqılara dair müntəzəm məlumatlar təqdim edir. Jurnalistlərin sözə görə saxlanılmaları, həbs edilmələri, bu və ya digər dərəcədə qadağalar göstərir ki, söz və mətbuat azadlığı deyildikdə rejim ona sərf edən təqdimatları məqbul sayır. Nə vaxtadək?! Əlbəttə bunun da sonu olacaq.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.