RƏİSİNİN YOLUNU BİR QƏDƏR DƏ TƏMİZLƏDİLƏR

İKİSİ GERİ ÇƏKİLDİ, BEŞİ QALDI

İranda prezident seçkilərinə iki gün qalmış əsas namizəd İbrahim Rəisinin yolunu bir qədər də təmizləyiblər. 7 namizəddən 2-si – Möhsün Mehralizadə və Əlireza Zakani namizədliklərini geri götürüb.

Azerbaycan-ruznamesi.org kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bununla da İranda iyunun 18-də prezidentlik uğrunda yarışanların sayı 5 nəfərə enib.

Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum iki müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməyib.

Seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləmişdi.

Seçkilərə qatılacaq şəxslər aşağıdakılardır:

İbrahim Rəisi

Möhsün Rezai

Səid Cəlili

Əbdülnasir Həmmati

Əmirhüseyn Qazizadə Haşimi.

Seçici

Şərhlər bağlıdır.