KÜRDLƏRDƏN URMUDA SİYASİ AKSİYA KEÇİRMƏYƏ ÇAĞIRIŞ

Kürd silahlı qruplaşmalarına yaxın şəxslər “dağçılıq idmanının təbliği” adı altında Qərbi Azərbaycanın mərkəzi Urmu şəhəri ətrafında yerləşən “Buz Sinə” dağında mitinq keçirmək istəyir.

20 kürd qrupundan ibarət təşəbbüsçülər müxtəlif sosial şəbəkələrdə bildiriş yayaraq, çeşidli şəhərlərdə yaşayan kürdləri 25 iyun cümə günü Urmunun “Buz Sinə” dağında toplaşmağa çağırıblar.

Güney azərbaycanlı sosial media fəalları buna etiraz edib və baş verəcək hər hansı qarşıdurmaya görə kürd qruplaşmalarının məsuliyyət daşıyacağını vurğulayıblar.

Şəhər və kənd şuralarına keçirilən seçkilərdə Urmu, Tikantəpə və Sulduz kimi xüsusi əhəmiyyətli şəhərlərdə ağır məğlubiyyətə uğrayan kürdlər “dağçılıq” adı altında fitnəkar niyyətlərini həyata keçirməyə çalışırlar.

Bundan öncə 2020-ci ilin iyul ayında kürd silahlı qruplaşmalarına yaxın radikal kürdlər “Boz Sinə” dağının lövhəsini dəyişdirərək ora “Boz Sina” lövhəsi asmış və kürd rəqsləri icra etmişdilər.

Bundan sonra ötən əsrin əvvəllərində Güney Azərbaycan əyalətlərində, özəlliklə Qərbi Azərbaycanda qırqın törədən kürd İsmail Simitqonun nəvəsi Arman Simitqo sosial mediada bu hərəkətin onun təşəbbüsü ilə baş tutduğunu yazmışdı.

Qeyd edək ki, adı çəkilən dağın ətəklərində ilin bir çox vaxtında qar və buz kütləsi olduğu üçün “Buz sinə” və “Buzlu sinə” adlanır.

Güneyli

Şərhlər bağlıdır.