SEYİD ƏLİ XAMNEYININ ETNİK MƏNSUBİYYƏTI

İran rəhbəri Seyid Əli Xamneyinin etnik mənsubiyyətindən söz düşəndə, adətən azərbaycanlı olduğu söylənilir. Umid Niayeşin sosial şəbəkələrdə yaydığı bu müsahibə də isə fərqli fikirlər söylənilir. Həmin mətni və müsahibənin videosunu sizlərə təqdim edirik.

İran rəhbəri Seyid Əli Xamneyinin etnik mənsubiyyəti nədir? Bu sualı dəfələrlə məndən soruşurlar.

Ə.Xamneyinin anası fars, atası isə türkdür (bilirəm ki, milliyyətçi dostlarım buna etiraz edəcək “o seyiddir, ərəbdir” deyəcəklər). Burada paylaşdığım müsahibədə Ə.Xamneyinin qardaşı Hadi Xamneyi deyir:
“Babam Təbrizin tanınmış ruhanilərindən olub… atam daha əvvəl ailə qurmuşdu. O evlilikdən 3 qızı var idi. Bu uaqların dili daha çox türkcə idi… Atam bizim anamızla ailə qurduqdan sonra onlara görə bizim evimizdə də türkcə danışılırdı. Anamız bu səbəbdən türkcəni çox gözəl öyrəndi. Bizlər də (özünü, Ə.Xamneyini və digər doğma bacı-qardaşlarını nəzərdə tutur) türkcə nə biliriksə həmin bacıların bizimlə yaşamasına görədir, atamız onlarla türkcə danışardı, anamız da həmçinin…”
Bəs Əli Xamneyi özünü türk hesab edirmi? Məncə etmir. Onun şəxsi hisslərini bilmirik, çıxışlarında isə siyasi vəziyyətdən asılı olaraq bəzən azərbaycanlı kökləri olduğunu vurğulayır, bəzən də məşhədli olduğunu deyir. Ancaq bunu da bilirəm ki, bibisinin həyat yoldaşı olan Şeyx Məhəmməd Xiyabaniyə çox önəm verir və onun təbliğ olunmasını istəyir. Bu məsələ ilə bağlı şərhdə bir hadisəyə toxunacağam.
P.S. Etnik cəhətdən türk olduğuma, bununla fəxr etdiyimə baxmayaraq heç zaman “türk olmaq şərəfdir” şüarını dəstəkləməmişəm. Məncə başqalarının hüququnu tapdamayan insan olmaq şərfdir.
Anası türk olan Rza Pəhləvi (anası bu taydan köçən ayrımlardan olub) dövründə, eləcə də atası türk olan Seyid Əli Xamneyinin hakimiyyəti illərində azərbaycanlılar və başqa etnik qruplar ən böyük haqsızlıqlara uğrayıblar.
Paniranizmin əsas nəzəriyyəçiləri də türklər olub. Türk olub da türk uşaqlarının fars bölgələrinə köçürülməsini və farslaşdırılmasını təklif edən şəxsdə hansı şərəfdən danışa bilərik?

Şərhlər bağlıdır.