ABDULLA ƏMİR HAŞİMİ CAVANŞİR: BABƏK VƏ XÜRRƏMİLƏRİN MÜBARİZƏSİ DAVAM EDİR

Azərbaycanın azadlığı yolunda kimsə tapılmaz ki, Babək və Xürrəmilərin mübarizə və fədakar yoluyla bağlı dəyərli xatirələri ilə tanış olmasın. 1200 ildən artıq bu tarixi hadisədən keçsə də Babək Xürrəmidin və onun silahdaşlarının 23 ildən artıq ərəb işğalçılarına qarşı ölüm-dirim savaşları unudulmayıb. Xürrəmilərin Azərbaycanın torpaqlarının Dağıstandan tutmuş Həmədana qədər şəhərbəşəhər, kəndbəkənd azad edilməsində Babəkin qızılbaş ordusu və onunla bərabər çalışan Azərbaycan xalqı al bayraq altında döyüşüb, vuruşub qələbə qazanıb, xalqımızın şanlı tarixinin qızıl səhifələrini yazıblar. Son anda məğlub olsalar da inanılmaz cəsarət və rəşadət göstərərək xarici ərəb istilaçılarını dəhşətə gətirmişlər. Bununla Azərbaycan igidindən əfsanəvi qəhrəman Babək kimi şəxsiyyət bu günədək bizim nəslimizə gəlib çatmış və hər an qurtuluş savaşında onun ruhu başımızın üstündə hərlənərək vətən övladlarına ilhamveirici olmuşdur.

Babək Ərdəbil kəndlərindən biri olan  Bilalabadda Abdulla adlı bir zəhmətkeş ailədə anadan olmuşdur. Gənc yaşlarında elimizin adət-ənənələrinə uyğun döyüş və igidlik hünərinə mənimsəmiş xəzər türklərinin işğalçılara qarşı savaşlarını sərkərdəlik məqamınadək yüksəltmişdir. Min illərlə Azərbaycanda yaşayan türk ellərinin qədim şamanizmidən süzülüb gələn və islam dinini xalqımız islam dinini öz təbiətinə, təfəkkülünə və adət-ənənələrinə uyğun görərək qəbul etmiş, onu dünyəvi din kimi gözəl yaşayış tərzi, ədalət və bərabərlik rəmzi, azadlıq, qurtuluş yolu kimi düşünərək hər cürə əsarətə, işğalçılığa, zülmə baş əymədiyini sübut etmiıdir.  Bir xalq kimi bu dəfə Babəkin rəhbərliyi altında ərəb işğalçılarına qarşı cəngavərcəsinə torpaqlarını azad etməyə qadir olmuşdur. Babək erməni Səhli-ibn Sünbat  xəyanəti nəticəsində əsir düşsə də o həmişə deyirdi, xitabən deyirdi: 40 il boyundurq altında yaşamaqdansa,  bir gün  azad yaşamaq daha yaxşıdı.

O dövrdə ərəb xilafətində  Əl- Möhtəsəm Billah islam dinini təhrif edərək öz xilafətini Allahın adı ilə, öz hökmünü Quran-Kərim hökmülə və öz sözünü Peyğəmbər Əkrəm sözü kimi, bir sözlə desək, özünün Allahın yer üzündə canişini sayaraq, tam zülmkarlıqla, qəddarlıla hökm edirdi. İslam dinini azadlıq dini yox, ixtiyar dini yox, hudus dini yox, bəlkə təqdir dini kimi göstərək xalqı özünə tabe etdirmək üçün təbliğ eləyirdi. Halbuki Babək və Xürrəmilər islam dinini dünyəvi din, şən firavanlıq, gözəllik, azadlıq, ixtiyar dini kimi qəbul edərək inanırdılar ki, elə bir gün gələcək dünyanın bütün naz-nemətləri hamı arasında tən bölünəcək. Azadlıq hakim olacaq, bəndəlikdən, əsarətdən, köləlikdən əsər-əlamət qalmayacaq. Elə ona görə də Babək və Xürrəmilər təşkilatı 23 ildən sonra məğlub olsalar də onların ideyaları istər vətən, xalq azadlığı, istərsə də ədalətin bərəqərar olması ideyaları bu günə qədər  yaşadı.

Şah İsmayıl Xətai ordusunu Babək naminə qızılbaş ordusu adlandırdı. Məşrutə hərəkatında Səttarxan Babəkin al bayrağını qaldırdı. Xiyabani və Pişəvəri dövründə də qızılbaş ordusu və al bayraq ölkəmizi təmsil etdi. Milli Hökumət, bədnam Pəhləvilər tərəfindən  devrilsə də azərbaycanlılar Qaradağda Gəleybərdə Bəzz qalasında  Babəkin al bayrağını yenidən qaldırıblar.

İyulun ikinci həftəsi Babəkin doğum gününə təsadüf edir, uzun illərdir Babək həfətsi kimi bütün azərbaycanlıların toplaşma təqviminə çevrilib. Həmin həftə ərzində azərbaycanlılar harada yaşamaqlarına baxmayaraq onu anır, hündür təpə və dağlarda toplaşaraq Babəkin əziz xatirəsini şeir, musiqi, rəqs və gözəl çıxışlarla qeyd edirlər.

Biz Azərbaycan Demokrat Firqəsi bu möhtəşəm mərasimdə bütün vətəndaşlarımızı toplaşmağa dəvət edirik.   

7 tir 1400-cü il (1 iyul 2021 ci il)

Şərhlər bağlıdır.