MƏŞRUTƏ İNQİLABININ İLDÖNÜMÜ YAXINLAŞIR

MÜƏLLİF: ABDULLA ƏMİR HAŞİMİ CAVANŞİR

TARİX TİR 1400-CÜ İL (8 İYUL 2021 Cİ İL)

Mordad ayının 14-də Məşrutə inqilabının 116-cı ildönümü və Müzəffərəddin şahın Məşrutə fərmanının imzaladığı gündür. Həmin fərman əsasında İranda yaşayan xalqların xüsusən Qacar padşahının ədalət və inkişaf sevər məramı və türk ellərinin mübarizəsi sayəsində yeni mərhələyə qədəm qoydu. Məşrutə fərmanı diniçilik  və padşahlıq istibdada son qoydu. Ölkədə 3 qüvvə qanunverici, icraçı, mıəhkəmə sistemini yaranması ilə bütün xalqların hüquq və azadlıqları həm bir vətəndaş kimi, həm bir etnik toplumları kimi rəsmiyyətə tanındı və qanuniləşdi. Bir sözlə desək o dövrdəki Məmaliki Məhruseyi Qacar demokratiyaya qədəm qoydu. Məşrutə inqilabının qanunları məçlisdə ölkədə yaşayan bütün etnikniklərin, zümrələrin və siniflərin vasitəsilə qərara alınırdı. Həmin qanunlardan bir neçəsini xatırlatmaq istərdik. Əyalət və vilayət əncömənləri 112 ci maddə bələdiyyə qanuni, 108 maddə vətəndaşların özünü idarəetmədə xüsusi rol var idi. Həmin qanunlar əsasında İran əyalət və vilayətlərə bölünən Azərbaycan, Xorasan, fars Kirman və Bəlucstanda özlərini seçib və seçilmələrində xüsusi rol oynadı. Şəhərlər və kənd və qəsəbələrin şüralarının seçilmələri vətəndaşlarının yaşadığı məkanlarda doğma yerlərini abadlaşdırmasında üzə çıxan problemlərinin həllində inkişafı, təmizliyi, gözəlliyi, şəhərlərin gigiyenasında qərar verici, icraçı öhdəlikləri nəzərdə alınmışdır. Beləliklə o dövrdə alınan qərarlar bütün əyalətlərdə, o cümlədən Azərbaycanda hərtərəfli inkişafa yardım edən zamanın zərurətlərindən irəli gələn qayda qanunlar idi.  Qayda qanunlara boyun qoyan həm vətənpərvər, həm öz dövrün görkəmli xadimləri idilər. Onlardan Şeyx Məhəmməd Xiyabani, İsmayıl Əmir Xizi, Nöbəri və başqların xatırlatmaq olar. Adalrın çəkdiyimiz qrumlar və şəxslər vasitəsilə çox çəkmədi Azərbaycanda ictimai,iqtisadi və özünü idarəetmə sahələrdə ciddi tərəqqi, nizam- inrizam yarandı. Ədliyə, Nəzmiyə, Bələdiyə kimi idarələr təsis edildi. Ehtikara, bahalığa son qoyuldu. Ərzaqın və məişət lavazımatinın idxalında, ixracında və hesab-kitabla əhalinin ixtiyarında qoyulmasında ciddi işlər görüldü. Oğruluğa, əyriliyə, ayrıseçkiliyə çox çəkmədi son qoyuldu. Modern milli təhsil siteminin özdəkləri yarandı. Əyalət və vilayət əncömənləri əhalinin həyatında ciddi nəzarəti öz öhdələlərinə götürdü. Əsas məqsəd də şəhər və kənd əhalisi ehtiyaclarını təmin etmək idi. Bunlardan əlavə şəhərdə mövcud yer altı, yerüstü sərvəti qorumaq, qıtlığın qarşısın almaq, yeni, küçə meydan, bağ-bağat saldırmaq, yol çəkib körpü düzəldib, faytonların gəl-gedinin rahatlığını təmin etmək. Şəhərlərin su, abadlığı təmizliyinə tədbirlər qılmaq. Xəstəxanalar saldırmaq, eyni zamanda şəhər və kənd və qəsəbələrin modernləşdirmə və onları təbii fəlakətlərə qarşı qabaqlayıcı tədbirlər görmək. bunlardan əlavə şəhər, kənd, qəsəbələrdə yeni məscidlər, muzeylər, kitabxanalar təsis etmək. şəhər idarə sisteminin köhnə və orta əsrin sistemindən xaric edib, ekologiya məsələlərinə xüsusi diqqət yetirmək ibarət idi. Təbii ki, dövrün inkişafı və məşrutə inqilabının ziyalarınının nəticəsində İranda yaşayan xalqlar, başda azərbaycanlılar yeni bir mərhələyə qədəm qoydu. Azərbaycanlıların  intibah dövrünü təşkil edən bu dövr təbii ki, düşmənlərin daxildə istibdad tərəfdarlarının, xarici istemarçıların xoşuna gəlmirdi. Əhainin bu qədər öz taleyinə marağı, iştirakı və günü-gündən inkişafı, daxili və xarici xalq düşmənlərini birləşdirərək məşrutə inqilabına qarşı, xüsusən Təbriz və azərbaycanlılara qarşı birləşdirərək müxtəlif totiələri həyata keçirtməyə planlar cızdılar. Başda məşrutə inqilabının qəhrəmanları olan Heydər Əmioğlu, Səttərxan və Bağır xana qarşı totiələr, sürgünlər, teror və digər təzyiqlər metodlarını, planlaşdırmağa başladılar. Məşrutə inqilabı get-gedə başda Rus, İngilis və  Fransa imperiyaları və onların nökərləri məşruəçilər, və Məmmədəli şah  vasitəsilə devrilməyə başladı.

Nəhayət ki, Şeyx Məhəmməd Xiyabani Azərbaycanı bu totiədən nicat vermək üçün Azədstan hökumətini yaratdı. 6 ay hökm sürən Azədstan hökuməti çox böyük iqtisadi, ictimai, mədəni, islahat mənşəi olmuşdur. Təssüflər olsun ki, daxili və xarici irtica vasitəsilə Şeyx Məhəmməd Xiyabani də namərdcəsinə öldürüldü. Məşrutə hərəkatı  nəhayət İngiltərə nökəri olan Rza xan Mirpənd (Pəhləvi) çevrilişi qapandı. Buna baxmayaraq minlərləm azadlq sevər insanların mübarizəsi  Məşrutənin ideaları milli və demokratik ideyaları bu günə qədər yaşayır.

Şərhlər bağlıdır.