ABŞ qırıcıları Əfqanıstan rəsmi ordusuna dəstək məqsədilə 21-22 iyulda Taliban qüvvələrinə 4 dəfə hücum təşkil edib.
Azerbaycan-ruznamesi.org ABŞ mediasına istinadən xəbər verir ki, hava hücumu Talibanın güclü olduğu Qəndahar və Gündüz bölgəsində həyata keçirilib.
Hava dəstəyi Əfqanıstan ordusunun tələbi səbəbindən həyata keçirilib.
Taliban bəyan edib ki, bu hücumlar sülh razılaşması ətrafında müzakirə şərtlərini pozur və bunun yaxşı nəticəsi olmayacaq.
Hazırda Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli döyüşlər gedir.
Taliban ölkənin 401 məntəqəsindən 150-nin mərkəzi daxil olmaqla ələ keçirib. Onun nəzarətində olan məntəqələrin sayı 255-dən az deyil.
Yalnız 34 vilayət Əfqanıstan dövlətinin nəzarətindədir.
Şərhlər bağlıdır.