VİDADİ MUSTAFAYEV YAZIR: ZAKANİNİN “ZƏHMƏTİ” HƏDƏR GETMƏDİ

13-cü prezident seçkilərində prezidentliyə namizədlərdən biri, iki dəfə prezident seçkilərində iştiraka buraxılmayan (2013 və 2017-ci ildə səlahiyyətləri rədd edilib), üçüncü dəfə (2021) buna nail olmuş, ixtisasca Nüvə təbabəti mütəxəssisi, lakin siyasəti daha çox sevən və 2004-cü ildən başlayaraq dalbadal 3 çağırış (VII, VIII, IX) növbəti dəfə (X) fasilə verməyə məcbur olsa da, sonuncu, XI çağırış (2020) parlamentə deputat seçilərək Məclis Araşdırmalar Mərkəzinin müdirliyinə nail olan Əlirza Zakanini teledebat zamanı digər namizəd Mərkəzi Bankın başçısı Ə.Himməti əvvəlcə örtük, sonra superörtük adlandırdı. Çünki o, öz seçki proqramından danışmaq əvəzinə Himmətinin də üzvü olduğu hökuməti pisləməklə məşğul idi. Sən demə, İranın da öz H.Hacıyevi varmış. Amma Zakaninin “zəhməti” hədər getmədi. Bu gün onun Tehrana mer “seçilməsi” xəbəri gəldi. Çox böyük “uğurdur“, ölkə ŞEF-ə, onun paytaxtı isə örtüyə tapşırılır. Hər ikisi də öz yeni vəzifələsini ancaq “seçki ” ilə əldə edib.

Fədai oğlu

İran İslam Respublikası bu imiş

Oğru, korrupsioner və insanları öz çirkin məqsədlərini həyata keçirmək  üçün girov götürən qatil  Zakani Tehranın meri oldu.

Bu hökumət artıq heç nədən və heç kimdən çəkinmir.

Görünür, 13-cü Məclis seçkilərinə qatılmış digər namizədlər də gələcəkdə işsiz olmayacaqlar. Məncə, bu vəzifələr onlar üçün seçkilərin keçirilməsinə sərf etdikləri vaxtın və zəhmətlərinin mükafatıdır.

Şərhlər bağlıdır.