TALİBAN DÜNYANIN ÇOXDAN GÖZLƏDİYİ XƏBƏRİ ELAN ETDİ

YENİ HÖKUMƏT YARADILDIĞINI BƏYAN ETDİ

“Əl-Cəzirə” kanalının yaydığı məlumata əsasən azerbaycan-ruznamesi.org bildirib ki, “Taliban” hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib. Hərəkat həmin tərkibi təstiqləyib. Yeni hökumətdə Baş nazir vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək, onun müavini postunu isə Molla Əbdül Qəni Bəradər tutacaq.

“Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, dünya dövlətləri “Taliban”ın hakimiyyətini tanımaq üçün hökumətin tərkibinin elan olunmasını gözləyirdi. Dövlətlər hökumətdə bütün xalqları təmsil edən nümayəndələrin olmasını arzu edirdi.

Xəbərçi

Şərhlər bağlıdır.