Gözlənilirdi ki, Çin Əfqanıstanın yeni hökumətini təbrik edəcək. Kabildəki səfiri Van Yu bu missiyanı üzərinə götürüb. “Taliban”ı təbrik etməklə yeni hökuməti tanıdığını bildirib.
Gözlənilən xəbəri “Taliban” sözçüsü Məhəmməd Naim Tvitter hesabında yazıb. O bildirib ki, “Əfqanıstan İslam Əmirliyi”nin xarici işlər naziri Əmir Xan Mutaki Çinin Kabildəki səfiri Van Yu ilə görüşüb. Səfir yeni Əfqanıstan hökumətini təbrik edib. O, ölkəsinin Əfqanıstanla humanitar, iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyini söyləyib.
Xatırladaq ki, Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi sentyabrın əvvəlində açıqlanıb, ona “Taliban”ın ilk hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axund başçılıq edir.
Nuranə
Şərhlər bağlıdır.