Bu yaxınlarda rast gəldiyimiz sənəd istər-istəməz sual doğurur. Ayə bunlar xəritə tanımırlar, yoxsa Stepanakertin əsl adını, hara məxsus olmasını, Xankəndini bilmirlər. Xülasə vəkil Aslan İsmayılovun “Facebook” hesabına baxaq:
“Gördüyünüz 22 avqust 2021-ci il (2021/08/22) tarixli nəqliyyat qaiməsində (CMR) aydın qeyd olunur ki, Təbrizdən Xankəndiyə bitum daşınır. Bitum adətən yol inşaatında işlədilir. Diqqətimi çəkən əsas məqam isə təyinat məntəqəsi kimi – STEPANAKERT, ARMENIA yazılmasıdır”.
Vəkil əlavə edir ki, “İran dövlətinin rəsmi sənədində Azərbaycanın ərazi bütövlüyü tanınmır. Sənədin həqiqi olmasına şübhəm yoxdur, çünki bütün məlumatlar aydın qeyd olunub. Hesab edirəm ki, bütün olub keçənlərdən sonra bu sənədin ortaya çıxması İran hakimiyyətinin Azərbaycana hansı mövqedə durmasını gün kimi aydın göstərir”.
Səyyah
Şərhlər bağlıdır.