İRANDAN PREZİDENTƏ “HƏŞAMƏTLİ” CAVAB

Ərdəbil imam-cüməsinin lətifələri işə yaramayınca, İran da bizim qabağımıza Burhan Heşməti adlı bir “ekspert”i çıxarıb. Heşməti başlayıb öz aləmində Azərbaycan prezidentinin səhvini tutmağa. Ən maraqlı iddiası da budur ki, guya, İlham Əliyev Azərbaycan mediasını anti-İran mövqeyindən çəkindirməyə çalışsa da, sonunda buna nail ola bilməyib. Zira İsrail və pantürkçü qüvvələr onu öz yanlarına çəkməyi bacarıb.

Heşmətinin ağlı deyəsən, özlərinin kukla prezidentinə gedib: adı prezident ola, ölkəni dini lider idarə edə. Bizim prezidentimizin nəyi olmasa da, ölkəyə tam nəzarət imkanını heç vaxt iranlılar kimi şeyxülislamların, imam-cümələrin, axundların, həmçinin sionist və pantürkçülərin öhdəsinə buraxmayıb, buraxmaz da. Əksinə, o, başqalarının əvəzinə də işləməyi xoşlayır və məhz bu səbəbdən bəzən müxaliflərinin tənqidinə məruz qalır.

Heşmətinin “həşamətli” analizinə cavab verməyi Sizin öhdənizə buraxırıq. Aktiv olun, Azərbaycana qarşı aparılan ideoloji müharibədə Siz də öz sözünüzü deyin.

Heydər Oğuz

Şərhlər bağlıdır.