FARS MƏDƏNİYƏT RASİSTLİYİNƏ VƏ RASİST DAİRƏLƏRƏ YOX DEYİN!

Avropada fəaliyyət göstərən Dr. İşıq Sönməz öz müraciətini yayımlamaq üçün „Bütöv Azərbaycan“ qəzetinin elmi məsləhətçisi Dosent Səməd Bayramzadəyə ünvanlayıb. Səməd müəllim də müraciəti yayıma hazırlayıb. Həmin müraciətin oxucular üçün maraqlı olduğunu nəzərə alıb azerbaycan-ruznamesi.org-da da dərc edirik:

Özünü iranlı kimi qələmə verən Azərbaycan türklüyünün diqqətinə!

İran Məmaliki Məhrusəsi (“İran adı altında birləşən ölkələr” mənasında) ilə özünü tanıdan və iranlı kimi qələmə verən Azərbaycan türklüyünün diqqətinə!

Tehrandakı fars höküməti azərbaycanlıları bir milli varlıq olaraq həzm edə bilmədiyi üçün, keçmiş 30 ildə Azərbaycan torpaqları Erməni işğalçılığı altında olarkən “Munaqişeye Qərəbağ bayəd əz təriq-e goftgu həl şəvəd” (Qarabağ münaqişəsi gərək danışıq yolu ilə həll olsun) deməklə Qarabağın şəhər və kənd binalarının bütün qapı və pəncrələri, dirəkləri köhnə dəmir parçası olaraq söküldü və İrana xammal kimi su qiymətinə satıldı.

Bu 30 ildə Azərbaycan Cumhuriyətində nə İsrail adlı bir qorxu görünürdi, nə də Erməni işğalına dur demək üçün bir müsəlman dövləti, xüsusən şiə dövləti, heç biri tapılmırdı. Məsələ belə olduqda Azərbaycan siyasətçiləri tədbir tökməyə və bu məsələdən çıxış yolu tapmağa çalışdılar. Bu çıxış yollarından biri, üç böyük rəqib və Qafqazlar uğrunda rəqabət edən dövlətlərin siyasətlərini Qafqazlarda tarazlaşdırmaq oldu.

Ermənilər isə Azərbaycanın işğal olunmuş topraqlarında ikinci bir Erməni dövləti yaratmağa və ona “Artsax” adı verməyə çalışdı. Belə bir şəraitdə ermənilərin bu üzdən iraq “Artsax” adı verdikləri işğalçı müəssisələr də İrandan getmiş yanacaq, hərbi sursat materialları ilə təmin olunurdu. Paşinyan da bir avanturist siyasətçi olaraq Şuşanın Cıdır düzündə yallı oynamağa çalışdı. Özlərini İran İslam Cümhuriyyəti adlandıran fars höküməti də xoşuna gələn bu vəziyətə nəzarət edərək quyruğu ilə cəviz (qoz) sındırmağa və “dil ey, dil ey” deyərək fars istismarçılıq sazını kökləmiş və „dəşti havası“ oxumağa başlamışdı.

Belə bir şərait və vəziyyətdə Azərbaycan Cümhuriyyətinin fürsəti əldən verməsi, Fransa və Amerika kimi böyük dövlətləri “Torus” Muəssisəsi vasitəsi ilə Ermənistana Rusiya və İranın yerinə təzə rəqiblər deyə yerləşdirməyi Azərbaycan torpaqlarının bir dəfəlik (həmişəlik) itirilməsinə yol açardı. Azərbaycan Cümhuriyyəti Qafqazda böyük dövlətlərin siyasətlərini balanslaşdırdıqdan sonra, artıq hərbi əməliyyata keçməsinin vaxtı idi, elə də olmağa başladı.

Belə bir vəziyyətdə fars istismar gücləri, onların mətbuat orqanları („Məşriq“, „Fars“ və ha belə İranşəhr dairələri və Fars mədəniyət rasisətləri) və şiəliyi farslıq üçün vasitə etmiş istismar ünsürləri Qafqazlarda çıraqla “İŞİD” və “təkfiri” (kafiri) axtarmağa başladılar. Vurduqları töhmət, toxuduqları yalan olduğu və Azərbaycan dövləti nizamlı qoşunu və ordusu ilə savaşdığı üçün 44 gün içərisində erməni ordusu və Ermənistan iflasa uğrayaraq Putini atəşkəs üçün vasitə etdi.
O atəşkəsə əsasən erməni işğalçı gücləri Qarabağı tərk etməli və Ruslar işğal altında qalmış bölgədə paramiliter (yardımçı əsgər) erməni teroristlərini də silahsız etməli idi, Azərbaycan Cümhuriyyətini Nəxçıvana bağlayan Zəngəzur dəhlizi də açılmalı idi. O zamanlar İran mətbuatı da Qafqazlarda İranın erməni yançısı olaraq yeritdiyi siyasətin yanlış olduğunu və İranın Qafqazlarda məğlub olduğunu yazdılar. Qarabağa isə hər hansı xarici diplomat və xarici güclərin giriş və çıxışı Azərbaycan dövlətinin icazəsi ilə olmalı idi. Azərbaycan dövləti istər Rusiya məqamları və istərsə də İran tərəfinə „bizim dövlət normalarımıza riayət edin“ deyə muraciət etsə də, keçmiş 30 ildə olduğu kimi yenə də İran tərəfi bu məsələni qulağınin ardına vurmağa çalışdı.

Rusiya kommunistliyi zamanında bilindiyi kimi Gorus və Qapan arasındakı yol Azərbaycan Cümhuriyyəti torpaqlarından keçdiyinə baxmayaraq, dövlətlər sərhədi deyə, Azərbaycan bu yolu bağlamalı, ya da kontrol altına alaraq keçəri və müvəqqəti lazımlı şərtlər altında Erməni maşınlarına gəl-get imkanı verməli idi. Elə də olmuşdu. Ancaq Təbrizdən Azərbaycanın Xankəndinə Ermənistan üzərindən İran maşınlarının yük daşınmasına İran və Ermənistan dövlətləri pilak (dövlət nömrə nişanı) dəyişdirmək vasitəsi ilə don geydirmələri Azərbaycan Cümhuriyyəti məqamlarının səbir və dözüm kasasını daşırmış oldu.

Beləliklə də fars höküməti məqamları bu dəfə “İŞİD” və “təkfiri” yerinə bir İsrail ixtira etdilər. Bu İsrail qulaq eşidəli daha da xətərli sayılar. Ancaq 8 il İran və İraq savaşında İsrail sılahlarını fars höküməti qaçaq yolla od qiymətinə alarkən və İraq höküməti ilə savaşarkən İsrail heç də pis deyilmiş.

Ancaq Azərbaycan Cümhuriyyətinin bir milli dövlət olaraq farsın qonşuluğunda yaşaması farslıq üçün bir zəhər sayılırmış. Demək, fars istismar gücləri İran Məmaliki Məhrusəsini millətlər üçün bir insanlıq dövləti etmək yerinə Azərbaycan türklüyünü bir millət olaraq başı aşağı saxlamağa və zaman məcrasında Azərbaycan türklüyünü şiə deyə, fars istismarçı rejimi tərkibində yox etməyə çalışırlar.

Məsələ belə olduğu halda, bu gün Azərbaycan dövlətçiliyi Azərbaycan türklüyünün ölüm, ya qalım məsələsidir. Bir millətin ölüm, ya qalımının daha güneyi (cənubu) və quzeyi (şimalı) olmaz. Demək, Güney Azərbaycan türklüyü ayıq və sayıq olmalıdır, fars istismarçılarının şiə donuna bürünmüş və islamiyətdən libas oğurlamış zatlarına, eləcə də fars mədəniyət rasistliyini özünə milli kimlik deyə qələmə alan avanturist və rasist dairələrə yox deməklə qardaş qırğınından uzaq durmağa çalışmalıdır.

Dr. Işıq Sönməz, 02.10.2021

Şərhlər bağlıdır.