MİLLƏT VƏKİLİ KÖÇÜN NİYƏ ARTDIĞINA AYDINLIQ GƏTİRİB

Millət vəkili Hüseyn Hatəmi seçildiyi bölgədən Güneyin Şərq əyalətindən köçün artdığını deyib. Bu sırada Kəleybərin, Xudafərinin və Horand bölgələrinin adlarını çəkib. O bildirib ki, köçün artmasına səbəb düzgün kommunikasiya siyasəinin olmamamsı su bənlərinin yarımçıq qalmadı Xudafərin sərhəd-keçid məntəqəsinin işlək olmaması tibb və səhiyyənin  infrastrukturunun yoxluğudur. Bütün bunlar əhalinin yerlərdə ouruqluqlarına mənfi təsir göstərir.

Millət vəkili qeyd edir ki, bu səbəblərdən əhalinin sayı üçdə biri qədər azalıb.

Bölgədə 2150 kilometr asfalt çekilməli olan ərazi var, lakin çox hissəsində iş görülməyib. Xudafərin “Peyğam” bəndi yarımçıq qalıb. 25 il keçməsinə baxmayaraq 50% irəliləyiş var. Millət vəkili bu sahədə göstəricilərin ən aşağı səviyyədə olduğunu deyir. O, ölkənin yüksək turizm potensialından söhbət açıb. Lakin bu sahəyə lazımi qədər vəsait ayrılmadığını söyləyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.