GÜNEYDƏN QUZEYƏ İRANDA İLK UŞAQ BAXÇASININ VƏ LAL-KAR MƏKTƏBİNİN BANİSİ

Azərbaycanın Quzeyindən Güneyinə maarifçilik toxumu gətirmiş Cabbar Əsgərzadə Bağçabanın xatirəsini bütöv İranda hörmətlə yad edirlər. O, bu ölkədə ilk uşaq bağçasının və lal-karlar məktəbinin təsisçisi, ilk uşaq kitabının müəllifi və nə naşiridir. Maraqlıdır ki, bu insan 1886-cı ildə (bəzi məlumatlara görə, 1885-ci ildə) İrəvanda doğulub. Yaradadıcılıqda “Bağçaban” ləqəbi ilə tanınmışdır.

O, İranda uşaq tamaşaları və kitablarının ilkin müəllifi, naşiri və rəssamlarındandır. Bağçabanın həyata keçirdiyi yeni təlim üsulu “tərkib metodikası” adlanıb. Bütün Qafqazda alim, pedaqoq və ictimai xadim kimi tanınan böyük ziyalının imzası dövrünün əksər siyasi-satirik dərgilərində görünüb. Bağçaban uşaq haqlarının müdafiəçisi, xüsusilə lal və kar uşaqlara təlim-tərbiyəsini əsirgəmirdi. Təbriz şəhərində İranın birinci «Dilsizlər və sağırlar məktəbi”ni (Lal-kar uşaqlar məktəbi) yaradıb, ilk uşaq baxçasının təsisçisi olub. Pedaqoji əsərlərini türkcə və farsca yazıb.

Cabbar Bağçaban qadınların azadlıq hərəkatının inkişafı yolunda böyük addımlar atıb.

Təbrizdə müəllimləri müdafiə cəmiyyətini qurub. O, müəllimlərin və ümümiyyətlə kütələnin haqqları uğrunda köklü mübarizə aparıb və olduqca əmək qoyubdur.
Cabbar Bağçaban teatr cəmiyyətinin də banisidir.

O, Tehranda “Azadlıq cəbhəsi”nin üzvlərindən olan «Zəban» (dil) adlı qabaqcıl, siyasi-pedaqoji və tənqidi dərgini nəşr etdirib.
Müəllimlərin peşə həmrəyliyinə çalışan Cabbar Bağçaban dərgidə günün ictimai-siyasi çətinliklərindən bəhs edib, diktatura və müstəmləkəçilik əleyhinə kəskin yazılarla çıxış edib.

Farsca işarə dilinin yaradıcısı olan Cabbar Əsgərzadə Bağçaban 1966-cı ilin noyabrın 25-də Tehranda vəfat edib.

Böyük alim ömrü boyu uşaq haqlarını müdafiə edib, xüsusilə fiziki qüsurlu lal və kar uşaqların təlim-tərbiyəsinə əmək sərf edib.

Cabbar Bağçaban Təbriz şəhərində, İranın birinci  qurub və ilk uşaq bağçasını təsis edib.

Pedaqoq

Şərhlər bağlıdır.