DANİMARKA “VƏTƏN” CƏMİYYƏTİ XARİCİ İŞLƏR NAZİRİNƏ MƏKTUB ÜNVANLAYIB

Danimarka “Vətən” Cəmiyyəti adından, Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Ceyhun Bayramova məktub unvanlanıb. Məktubda deyilir:

Hörmətli cənab nazir, bildiyiniz kimi Danimarkada Azərbaycan səfirliyi yoxdur. Danimarka Boyuk Britaniya Krallığına, Londonda fəaliyyət göstərən Azərbaycan səfirliyinin tabeliyinə verilib. Böyuk Britaniya Krallığı Avropa Birliyindən çıxandan sonra vəziyyətimiz həddindən artıq çətinləşib. Böyük Britaniya Krallığına getmək üçün bizə viza lazımdır. Bundan əlavə Londona getmək, təyyarə və məcburi hoteldə qalmaq xərcləri maliyyə baxımından bizə çox çətindir. Elə zamanlar olur ki, biz bir məsələni telefonla və ya poçtla həll edə bilmirik. Məsələni yerində həll etmək üçün konsulla görüşmək məcburiyyətində qalırıq və bu da bizim imkanlarımız xaricindədir.

Hörmətli cənab nazir,

Danimarkada yaşayan azərbaycanlılar adından Sizdən xahiş edirik. Danimarkada yaşayan azərbaycanlıların konsulluq işlərini, Danimarka ilə qonşu dövlət olan İsveçdə fəaliyyət göstərən Azərbaycan səfirliyinə həvalə edəsiniz. Kopenhagendən Stokholma viza tələb olunmur və ən əsas olaraq qatarla, maşınla rahat gedib konsulluq məsələlərini həll etmək imkanlarımız olacaq.
Inanırıq ki, bizim bu xahişimizi nəzərə alib, Danimarkada yaşayan azərbaycanlıların problemini həll edəcək, bizləri sevindirəcəksiniz.

 

Səfər Sadiqi,

Danimarka “Vətən” Cəmiyyətinin sədri

Şərhlər bağlıdır.