1804-Cİ İLİN 3 YANVAR GÜNÜ

BU SAATLARDA GƏNCƏDƏ ŞİDDƏTLİ DÖYÜŞ GEDİRDİ

Qəhrəman Gəncə camaatı Cavad Xanın öndərliyində rus qoşunlarına qarşı döyüşürdülər.

Ruslar güclü idilər, amma gəncəlilərin əzimkarlığı, inamı daha güclü idi.

Qalanı vermədilər,  yalnız Cavad Xanın, oğlunun, döyüşən əsgərlərin və əhalinin nəşi üzərindən qala alındı.

Digər xanlıqlarımız da işğal olundu. Amma kimiləri xəyanətdən sonra, kimiləri könüllü işğal olundu…

İllər  keçdi, Gəncə camaatının qəhrəmanlığı dastana döndü, Azərbaycanda mərdliyin, cəsarətin simvoluna çevrildi.

Rə­şid bəy İs­ma­yı­lov ya­zır­dı: “Gən­cə­li­lər hə­qi­qət­də şir ki­mi mü­qa­vi­mət gös­tə­rir, rus­la­rın üzə­ri­nə do­lu ki­mi gül­lə, daş və ox yağ­dı­rır­dı­lar. Əs­gər­lə­ri gör­mək qəs­di­lə gən­cə­li­lər ya­pın­cı­la­rı neft­lə is­la­dıb on­la­ra qar­şı atır­dı­lar.”

Azərbaycanın ilk şəhid xanı Cavad Xanı və silahdaşlarını böyük ehtiramla anıram.

Şəhla Cabbarlı

Şərhlər bağlıdır.