QAZAXISTANDA ETİRAZÇILARININ ŞƏRTLƏRİ

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb.

Qazaxıstan mediası xəbər verir ki, onların şərtləri aşağıdakılardır:

“Birinci tələb ərzaq qiymətlərinin aşağı salınmasıdır. İkincisi, etirazçılar yanacağın qiymətlərinin aşağı salınmasını istəyirlər. Üçüncü şərt pensiya yaşının 58-60-a qədər aşağı salınmasıdır. Dördüncü tələb mövcud hökumətin tam istefasıdır. Beşincisi, aksiya zamanı yaxalananların azad edilməsidir. Altıcısı, əmək haqqının artırılmasıdır. Yeddinci tələb təkrar emalın ləğvidir. Səkkizinci şərt isə nəqliyyat vasitələri üçün ödənişli yolların ləğv edilməsidir. Etirazıçılar 9-c şərt kimi minimum pensiyanın artırılmasını istəyirlər. Onuncu şərt uşaq müavinətlərinin artrıılması ilə bağlıdır. Nəhayət, sonuncu, 11-ci şərt isə siyasi tələbləri çatdırmaq üçün Prezident Tokayevlə görüşməkdir”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.