10 YANVAR QAZAXISTANDA MATƏMDİR

Ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.

Prezident Kasım-Jomart Tokayev müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.