Özbəkistanın Təhlükəsizlik Şurasının geniş iclası keçirilib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Prezident Şavkat Mirziyoyev ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı göstəriş verib.
Eyni zamanda 2022-2026-cı illərdə Silahlı Qüvvələrin gələcək inkişafına dair konseptual proqramın qəbul edilməsi tapşırılıb.
İclasda qlobal informasiya məkanında təhdidlərin artdığı indiki şəraitdə informasiya təhlükəsizliyinin təmin edilməsi, gənclərin yad ideyalardan qorunması, hərbi qulluqçuların psixoloji hazırlığı və mənəvi-psixoloji hazırlığının gücləndirilməsinin aktuallığı vurğulanıb.
Şərhlər bağlıdır.