RUS DİLİ DƏRSLİYİNDƏ 20 YANVAR FACİƏSİNİN TARİXİ İLƏ BAĞLI

TƏHRİF DÜZƏLDİLDİ

Rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrif olunan tarixi fakt düzəldilib.
 
Azerbaycan-ruznamesi.org bu barədə KİV-in sorğusuna cavab olaraq “Şərq-Qərb” nəşriyyatından məlumat verilib.

Qeyd olunub ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir: “Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir.

Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanan dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.

20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik”.

Şərhlər bağlıdır.