SEYİD CƏFƏR PİŞƏVƏRİNİN MƏTBU İRSİNDƏN

MUXTARIYYƏT MƏSƏLƏSI VƏ ƏNCÜMƏNI ƏYALƏTI

Tehranın dad – fəryadı yersizdir. Bu dad – fəryad İran millətinin deyil, məmləkətin əsarətindən sui- istifadə edənlərindir ki, hovçuluqla, bizim başladığımız milli işi əsərsiz qoymaq istəyirlər. Demokratik bir ölkədə əhzab və əqaid azaddır.

Əhzab öz fikir və əqidələrini istədikləri kimi yazıb intişar verə bilərlər.Bu günə qədər vətənimizin Federativ və ya Xodmuxtar əyalətlərindən təşkil edilməsi məsələsinin öz məramnamələrində yazan cəmiyyətlər az olmamışdır.Hətta Seyid Ziyanın Şəairi – milli adı altında yazıb intişar verdiyi elamiyyədə açıqdan- açığa İranın müttəhid dövlətlər halına salınması irəli sürülmüşdü.Bu gün bizim əyalət əncüməni vasitəsi ilə daxili ixtiyaratımızın təmin edilməsi şüarını Azərbaycanın İrandan ayrılması adlandıran yalançı məclis nümayəndələri o gün bir kəlmə də olsun bu xüsusda danışmadıqları halda, bu gün riyakar dul arvadlar kimi göz yaşı tökməyə başlamışdır.

Bəs görünür mətləbin kökü ayrı yerdədir.

Onlar əyalət əncüməni ya Azərbaycan dilindən vəhşət etmirlər.Onları qorxuya salan böyük azadlıq məsələsidir.Onlar tarixin təkrarından vəhşətə düşmüşlər.Onlar qorxurlar Azərbaycan məşrutə aldığı kimi onu diriltməyə qiyam etsin. Onlar qorxurlar Azərbaycan Demokrat Firqəsi onların zor və pul vasitəsilə nümayəndə çıxmalarına xatəmə qoysun.

Bu təsadüfi deyil, əleyhimizə elamiyyə sadir edən xainlər Azərbaycanın sərvət və samanını Tehrana çəkib aparsınlar.

Biz inkar etmirik, əlimizə qüdrət düşərsə Azərbaycanı tərk edib, Tehrana və ya ayrı şəhərlərdə Azərbaycanın gündən – günə genişlənməkdə olan azadlıq hərəkatına müxalifət edən xainlərin əmlakının müsadirə olunub millət ixtiyarına verilməsini təmin edəcəyik.

Bu təzə bir iş deyildir.Böyük Fransa inqilabı bunu bütün dünyaya öyrətmişdir.

Xalqın dəstrənci ilə toplanmış sərvət onun azadlığı əleyhinə sərf edilə bilməz və buna yol vermək xəyanətdir. Firqəmizin bu şüarını mülkiyyət əleyhinə təbir və təfsir edənlərin müğriz və fitnəkar olduğu məlumdur.Torpaq məsələsi və yer islahatı bütün mütərəqqi dövlətlərin bərnaməsini təşkil etdiyi halda, bir firqəni kəndliyə himayət etməkdə müqəssir hesab etmək olmaz.

Əgər əlahəzrət şah ilə Röyter müxbirinin müsahibəsi doğru isə, əgər şah yer bölgüsünü şəxsən meydana atmış olsa və bu təbliğat üçün və nüfuz qazanmaq üçün deyilməmiş olsa, onda siyasi bir firqənin azadlıq üçün vətənin tərəqqisi üçün pişnəhad etdiyi ictimai tədbirlərinə gərək sui- təbir edilsin? Təzə beş nəfər müstəbiddin yaxa parə etmələrinin nə əhəmiyyəti ola bilər.Biz öz açıq və aydın şüarlarımız ilə nə tək Azərbaycanın, bəlkə bütün

İranda yaşayan 15 milyonluq camaatın azadlığını təmin etmək yoluna qədəm qoymuşuq.Bu ali və müqəddəs məqsədə çatmaq üçün bütün Azərbaycan xalqı bizim arxamızca gedəcəkdir.

Mir Cəfər Pişəvəri
Azərbaycanruznaməsi No18, mehr 10, 2 oktyabr 1945

Şərhlər bağlıdır.