Təbrizdən yayımlanan ANAJ saytının beynəlxalq məsələlər qrupu Azərbaycan Respublikasını Şah İsmayıl Xətaiyə sahib çıxmaq əzmində ittiham edir.Bu məsələni panfarsist saytlarından biri qaldırsa idi heç bir irad irəli sürməyə ehtiyac qalmazdı.Bu Cənubi Azərbaycanın öz milli kimliyini unutmuş və azərbaycanlıların da milli kimliyini unutması yolunda ciddi-cəhd göstərən naməlum müəllif Şimali Azərbaycan tarixçilərini Şah İsmayılı azəri( türk deyə bilmir) və Azərbaycanın görkəmli şəxsiyyəti adlandırmaqda günahlandırır.Müəllifə bircə məsələni xatırlatmaq yerinə düşər ki, Şimali Azərbaycanda heç kim deməyib və demir ki, Şah İsmayıl Şimali Azərbaycana məxsusdur.Burada sadəcə olaraq tarixi həqiqəti deyirlər ki, Şah İsmayıl azərbaycanlı idi (türk idi), Azərbaycan(türk ) dövləti yaradıb, yəni Azərbaycanın ən görkəmli tarixi və mədəniyyət sahəsində fəaliyyət göstərmiş şəxsiyyətlərindən biri idi..Şah İsmayıl Təbrizdə özünü şah elan edəndən sonra Azərbaycanı sonra da bütün İranı və indiki İrana qonşu əraziləri öz hakimiyyəti altında birləşdirib.Bu tarixi həqiqəti əks etdirən fikrin nəyinə etiraz etmək olar.Bəlkə Cənubi Azərbaycan saytının panfarsist yazarına xoş gəlmək üçün tarixi həqiqəti inkar edərək onun azərbaycanlı yox fars olduğunu, azərbaycanlıların deyil farsların və farslar üçün dövlət yaratdığını bəyan etmək lazımdır. Çox qəribədir ki, Azərbaycana məxsus tarixi şəxsiyyəti azərbaycanlı, Azərbaycanın tarixi şəxsiyyəti adlandırmaq ona zorla sahib çıxmaq hesab edilir.Belə məntiqsizlik yəqin ki, öz milli kimliyinin düşməni olanlar üçün adi haldır.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.