PUTİN HƏDƏ GƏLDİ: – BİZDƏN ƏRAZİ QOPARMAQ İSTƏYƏNLƏRİN…

Prezident Putin Rusiya ərazisinə müdaxilə niyyətində olanları hədələyib: “Rusiya onun ərazinə müdaxilə etmək istənlərə sərt cavab verəcək”.  O bu sözləri “Qələbə” komitəsinin iclasında çıxışı zamanı deyib. Putin vurğulayıb: “Hamı bizi “dişləməyə”, nəsə qoparmağa cəhd edir. Onlar bilməlidirlər: Belələrinin dişlərini qarınlarına tökərik. Bunun təminatı da silahlı qüvvələrdir.

Prezident qeyd edib ki, Rusiya bununla yanaşı iqtisadiyyatın hərbiləşdirilməsi yolu ilə getmir. Məlumat üçün deyib ki, bu il müdafiə xərclərinə 42 milyard dollar ayırıblar. ABŞ-da isə bu 770 milyard dollardır.

Prezidentin sözlərinə görə, ölkə güclü olmağa başlayan kimi onun opponentləri bu inkişafı məhdudlaşdıran səbəblər axtarıb tapırlar.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.