Zəngan əyalətində Mədəni İrs Baş İdarəsinin mühafizə bölməsinin komandiri
Nasir Həbibian həyata keçirdikləri əməliyyat barədə məlumat verib. O, bildirib
ki, qanunsuz qazıntı aparan tarixi əsər qaçaqmalçılarından dəmir dövrünə aid
saxsı qablar, süngülər, ox ucları, tunc əşyalar da daxil olmaqla 66 ədəd tarixi
əşya aşkar edilərək götürülüb.
Komandiri 4 tarixi əsər qaçaqmalçısının saxlanılaraq məhkəmə orqanlarına
təhvil verildiklərini deyib.
Onu da deyək ki, Zəngan əyalətində 2 min tarixi əsər müəyyən edilib, onlardan
bəziləri milli əsərlər siyahısında qeydə alınıb.
Tarixi abidələr və məkanların qorunması üçün yetərli tədbirlər görünlmədiyi
səbəbindən bu yerlər daxili və yerli qaçaqmalçıların hədəfinə çevrilib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.