POLYANSKI BMT-DƏ SƏNƏD OXUDU-GÜNAHKAR GÜRCÜSTAN OLUB

Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini
Dmitri Polyanskinin 2008-ci il müharibəsi ilə bağlı sözləri diqqət çəkib.
Polyanski 2008-ci il müharibəsi ilə bağlı Gürcüstanın mövqeyini səsləndirib.
O, xüsusilə hakim Gürcü Arzusu Partiyasının eks-prezident Mixail
Saakaşvilinin müharibəni necə başlatması barədə dediklərindən sitat
gətirib:
“Qərbli həmkarlarımızın Saakaşvilinin Cənubi Osetiyaya 2008-ci ildə
aqressiyasını müzakirə etməklə bağlı manyak arzuları bizi çox
təəccübləndirib. Gürcüstan hökumətinin də mövqeyi nəzərə alınaraq açılan
faktlar bizə daha çox mazoxizmi xatırladır. Mən daha şərh verməyəcəm.
Sadəcə sizə hakim Gürcü Arzusu Partiyasının İdarə Heyətinin bəyanatını
oxuyacam”.
Bundan sonra Gürcü Arzusunun ötən gün yaydığı bəyanatdan
Saakaşvilinin 2008-ci il müharibəsinin təqsirkarı olması ilə bağlı hissəsi
oxunub:
“Gürcü ictimaiyyətinin böyük hissəsi Saakaşvilinin adekvatlığına şübhə edir.
Fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist fəaliyyətləri
onun psixi balanssızlığının nəticəsi yox, xaricdən aldığı və yaxşı
planlaşdırılmış xəyanətin nəticəsi idi”.
Polyanski deyib ki, qərbli diplomatlar tribunaya çıxıb danışanda bu bəyanatı
yenidən yada salsınlar.
Qeyd edək ki, Gürcü Arzusu Saakaşviliyə qarşı geniş kampaniyaya
başlayıb. Artıq bir neçə gündür, 2008-ci il müharibəsinin Gürcüstan
tərəfindən başladılması fikri təbliğ olunur. Üstəlik, hakim partiya bu işdə
Saakaşvilinin əlinin olduğunu deyir və ona qarşı məhkəmə prosesi
başladacağını bildirir.
Saakaşvili isə bundan öncə dəfələrlə Gürcüstan müharibəsini Rusiyanın
başlatdığını detallı izah edib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.