İranın Mədəniyyət və İslami İrşad Nazirliyi ölkədə türk dilində olan kitabların
nəşrinə qarşı qadağa və məhdudiyyətləri artırıb.
Bu barədə şair, tərcüməçi və mədəni fəal Saleh Səccadi məlumat
verib. Həmin materialı Azerbaycan-ruznamesi.org “aznews.tv”yə
istinadən yayıb.
O, ölkədə türklərin milli kimlik, dil və mədəniyyətlərini qoruyub saxlamaq və
inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda, buna
qarşı qadağalarında tətbiqinin çoxaldığını yazıb.
Mədəni fəal bildirib ki, xüsusilə son 3 il ərzində türk dilində olan kitabların
nəşrinə qadağa və senzura şiddətlənib.
“Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarix, dil və
mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi
dəyərləndirilə bilər”,- Saleh Səccadi bildirib.
Qeyd edək ki, son illər türk dilində olan kitabların nəşrinə məhdudiyyətlərin
dahada artması ilə yanaşı, kitab sərgilərində türkcə kitab çap edən
nəşriyyatların da iştirakına məhdudiyyətlər güclənib.
Bir sıra nəşriyyatlar yardım ala, qanunla nəzərdə tutulmuş başqa
imkanlardan istifadə edə bilmədikləri üçün fəaliyyətlərini dayandırmaq
məcburiyyətində qalıblar.
Əvvəlki
Şərhlər bağlıdır.