İranda SEPAH-ın gizli zindanı ifşa edildi

İran İnsan Haqları Mərkəzi İsfahan əyalətinin Şahinşəhr şəhərində, Beheşt-e
Əxəvan şirniyyat sənayesi müəssisəsinin yaxınlığında SEPAH-a bağlı gizli
həbsxananın fəaliyyət göstərdiyini açıqlayıb.
Məlumata görə, bu zindan sənaye anbarı görüntüsü altında fəaliyyət göstərir və
orada yüzlərlə məhbus çox ağır və qeyri-insani şəraitdə saxlanılır. Tikanlı
məftillərlə əhatələnmiş ərazidə nə soyutma sistemi, nə havalandırma, nə də
tibbi xidmət mövcuddur. Su və elektrik tez-tez kəsilir, qidalanma və dərman
təminatı isə son dərəcə zəifdir.
Məhbuslar bəzən səhər saat 5-dən etibarən iş üçün aparılır və onlardan
məcburi əmək şəraitində istifadə olunur. Həbsxana rəhbərliyi buranı sənədlərdə
“məşğulluq müəssisəsi” kimi qeyd etsə də, burada nə iş yerləri yaradılıb, nə də
peşə təhsili verilir.
İnsan Haqları Mərkəzi əlavə edib ki, məhkumlar azadlığa buraxılmır, bəzi
hallarda isə cüzi səbəblərlə ölüm cəzası təhdidi ilə üzləşirlər.
Aznews.tv

Şərhlər bağlıdır.