Alman diplomat ATƏT-in yeni Baş katibi oldu

Helqa Şmidt iyul ayından boş qalan posta təyinat alıb

Alman diplomat Helqa Şmidt ATƏT-in yeni baş katibi olacaq. AYNA xarici mediaya istinadən bildirir ki, onun təyinatına dair qərar ATƏT ölkələri Nazirlər Şurasının 3 və 4 dekabr tarixlərində videokonfrans formatında baş tutan iclasında qəbul edilib.

59 yaşlı Şmidt 2016-cı ildən bu yana Avropa Beynəlxalq İşlər Xidmətinin baş katibidir. Bundan əvvəl o, İranın nüvə məsələsi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (JPSA) hazırlanması üzrə danışıqlarda fəal iştirak edib.

Xatırladaq ki, o, bu postda Tomas Qreminqeri əvəzləyəcək. Qreminqerin səlahiyyətləri bu ilin iyul ayında bitib. O vaxtdan təşkilat baş katib olmadan fəaliyyət göstərirdi.

Şərhlər bağlıdır.