İsrailin xüsusi xidmət orqanları “Əl-Qaidə”nin 2-ci mühüm şəxsini Tehranda məhv edib

“Əl-Qaidə” terror təşkilatının 2-ci şəxsi hesab edilən Əbu Mehdi əl-Misri İsrailin xüsusi xidmət orqanlarının Tehranda keçirdikləri məxfi əməliyyat nəticəsində məhv edilib.

New York Times

Bu barədə məlumat yayan “New York Times” bildirib ki, onun Amerika Birləşmiş Ştatlarının Keniya və Tanzaniyadakı səfirliklərinin partladılmasında əli olub və rəsmi Vaşinqtonun göstərişi ilə öldürülüb.Əməliyyatın detallarını açıqlayan qəzet qeyd edib ki, avqustun 8-də Tehranın “Pasdaran” məhəlləsində öldürülən şəxs məhz “Əl-Qaidə” terror təşkilatının rəhbərlərindən və 2-ci şəxsi hesab edilən Əbu Mehdi əl-Misri olub.

نیویورک‌ تایمز: اسرائیل مرد شماره دو القاعده را به نیابت از آمریکا در تهران ترور کرد / واکنش سخنگوی وزارت خارجه: حضور اعضای القاعده در ایران کذب است / در دام سناریوپردازی‌های

ABŞ-ın yuxarıda sözükeçən 2 səfirliyinin bomba yerləşdirilməsi ilə partladılmasında əsas rol oynayan və əsl adı Abdulla Əhməd Abdulla olan bu terrorçu İsrailin xüsusi xidmət orqanlarının keçirdikləri məxfi əməliyyatla məhv edilib.

Xatırladaq ki, avqustun 8-də İran mediası Tehranın “Pasdaran” küçəsində Livan vətəndaşı olan Həbib Davud adlı şəxsin 27 yaşlı qızı Məryəmlə birlikdə öldürüldüyü barədə məlumat yaymışdı.

“New York Times” 4 təhlükəsizlik mənbəsinin təhqiqatlarına əsaslanaraq bildirib ki, Məryəm Misri Üsamə bin Ladenin oğlu və yerinə qruplaşmanın rəhbəri gələn Həmzə bin Ladenin həyat yoldaşı olub. Həmzə bin Laden keçən il Pakistan- Əfqanıstan sərhədində keçirilmiş anti- terror əməliyyatında məhv edilib.

Qeyd edilir ki, uzun illərdir İranda yaşayan Əbu Mehdi əl- Misrini ABŞ kəşfiyyatı daim izləyib.

Bu terrorçunun 1998-ci ildən etibarən planlaşdırdığı və həyata keçirdiyi terror aktları nəticəsində 200-dən çox insan ölüb, 5000-dən çox insan isə yaralanıb.

Əbu Mehdi əl-Misri qızı Məryəm ilə birlikdə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinin partladılmasının düz 22-ci il dönümündə öldürülüblər. Bu şəxs ABŞ-ın axtarışa verdiyi terrorçular siyahısında idi və Federal Təhqiqatlar Bürosu onun barədə məlumat verənə 10 milyon dollar mükafat təyin etmişdi.

Şərhlər bağlıdır.