Görən bu İran saytları Azərbaycandan üzr istəyəcəklərmi?

Qarabağ tam azaddır. Bir daha kimsə qanlı caynaqlarını müstəqil Azərbaycan Respublikasının əbədi torpaqlarına, o cümlədən Qarabağa uzatmağa cəsarət etməyəcək. “Azerbaycan-ruznamesi.org” ötən 30 ilədək müddətdə kimlərin çətin günlərin dostu yaxud düşməni olduğunu müəyyənləşdirmək üçün onlayn mediada da araşdırma aparmaqdadır. Sizlərə təqdim edəcəyimiz nümunələr, şərhlər hərəni öz adı ilə çağırmağa əsaslar verəcək.

Axtarışlar zamanı “Gadtb.com”un 3 il əvvəl (25.12.2017) yayımladığı “Onlarla İran saytı Qarabağı müstəqil ölkə kimi təqdim etməklə buraya turist səfərlərini təbliğ edir” sərlövhəsi ilə yayımladığı material diqqətimizi çəkdi. İfşaedici yazıda deyilir:

-Onlarla İran saytı Qarabağı müstəqil ölkə kimi təqdim etməklə buraya turist səfərlərini təbliğ edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan xəbərə görə, İranın “Kocaro”, “Camnyuz”, “Pulnyuz”, “Otaqxəbər 24” və başqa saytları Azərbaycan Respublikasının əzəli ərazisi olan Dağlıq Qarabağı müstəqil ölkə adlandırmaqla “Qarabağa səfər” adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə turların təşkilini və turist cəlb etməyi təbliğ edirlər.

Saytın dərc etdiyi materialda yazılır: “Qarabağ İranla sərhəd olan müstəqil məntəqənin adıdır. Bura son dövrlərdə turizm sahəsində çoxlarının diqqətini özünə cəlb etmişdir. Bu kiçik məntəqə təbiət baxımından, eləcə də çox sayda tarixi, dini abidələr, o cümlədə kilsə və məbədələrə malik olmaqla turist üçün arzuolunan yerdir. Çox sayda təbiətsevər və dini turistin diqqətini cələb edir. Özünü müstəqil respublika elan etmiş Naqorno Qarabağ müstəqil bir məntəqə olmuş, Azərbaycan, Ermənistan və İranla həmsərhəddir”.

Qeyd edək ki, İranın bu addımı Azərbaycanın ərazi bütövlüyünü pozma cəhdini tanımaq kimi dəyərləndirilə bilər və özünü müsəlmanların himayədarı adlandıran bir ölkəyə yaraşmayan hərəkətdir. Onların bu iyrənc və qanunsuz hərəkəti Azərbaycanın əzəli ərazisi Dağlıq Qarabağı həm müstəqil ölkə kimi tanıtmağa cəhd, həm də separatçı rejim üçün maliyyə mənbəyi qazandırmaqdır.

Azərbaycan 44 günlük müharibədə işğalşıları diz çökdürdü. İndi bütövlükdə Qarabağın turizm diyarına çevrilməsi istiqamətində planlaşdırma aparılmaqdadır. Ora işğaladək malik olduğu simasını mütləq bərpa edəcək. Onda həmin saytlar hansı üzlə Qarabağdan söhbət açacaq, reklam xarakterli yazılar yayımlayacaqlar. Biz bunun ən optimal yolunu həmin saytların qəsdən yanlışlıqlara yol verdiklərinə görə Azərbaycan xalqından üzr istəmələrində görürük.

Mehman Qaraxani

Şərhlər bağlıdır.