Nurullah Purişərif: İran İrşad idarəsinin təlimatı türk dilinə zərər vurur

2026.08.30

AzərTuran nəşriyyatının müdiri, ustad Nurullah Purişərif Mədəniyyət və İrşad Nazirliyinin türk dilində nəşrlərlə bağlı yeni təlimatına münasibət bildirib.
Purişərifin sözlərinə görə, sözügedən təlimat türk dilində kitab və digər nəşrlərin hazırlanması və yayımlanması prosesinə mənfi təsir göstərə bilər. O, belə qaydaların türk dilində fəaliyyət göstərən nəşriyyatlar və müəlliflər üçün əlavə çətinliklər yaratdığını vurğulayıb.
Təlimatın məzmunu və tətbiq qaydaları türk dilinə qarşı ayrı-seçkilik xarakterli yanaşma kimi qiymətləndirilə bilər. Təbriz Turanın fikrincə, bu cür məhdudiyyətlər Azərbaycan türkcəsində nəşriyyat fəaliyyətinə, kitab istehsalına və dilin mədəni inkişafına mənfi təsir göstərə bilər.

Şərhlər bağlıdır.