İran təhsil nazirliyinin Azərbaycan və azərbaycanlılara qarşı ayrıseçkiliyinin sanki sonu və həddi yoxdur

İran təhsil nazirliyinin Azərbaycan və azərbaycanlılara qarşı ayrıseçkiliyinin sanki sonu və həddi yoxdur. İndi də uşaqlarla bağlı nəşr etdiyi jurnalda Güney Azərbaycanın URMU mərkəzli qərbi əyalətini “kürd əyaləti” kimi göstərməyə çalışırlar. Halbuki hər ağlı başında olan adam bilir ki, həmin əyalətin 95 faizi azərbaycanlılardır. Əlbəttə ki, bu oyunların məqsədi bəllidir. Ancaq qazdıqları quyuya düşəcəklərini də bilmələri gərəkir. Azərbaycan xalqı Səttarxan demişkən “torpağı yeyər, amma kimsəyə torpaq verməz!”. P.S: Görünür bu nazirlikdə də coğrafi biliklər yarımçıqdır. Onların da dərsə ehtiyacları var.

O TAYLI

Şərhlər bağlıdır.