İran xarici şirkətlərin peyvəndlərinin ölkə sakinləri üzərində testini qadağan etdi

Xarici şirkətlər artıq koronavirusa qarşı peyvəndlərini İran vətəndaşları üzərində test edə bilməyəcəklər.

Bu barədə İran prezidenti Həsən Ruhani bildirib “Reuters” agentliyi prezidentdən sitat gətirib: “Xarici şirkətlər İran xalqı üzərində test etmək üçün bizə peyvənd vermək istəyirdi. Ancaq ölkənin Səhiyyə Nazirliyi bunun qarşısını aldı. İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaqlar”.

Agentliyin məlumatında ölkə başçısının peyvəndləri qadağan olunan şirkətlərin adını çəkmədiyini də göstərib.

 

Şərhlər bağlıdır.