Koronavirusa görə Asiya kubokunun yeri dəyişdirildi

Komandalar Şirazda yox, Bəhreyində oynayacaqlar

Koronavirusun şiddətlənməsi İranın bir sıra beynəlxalq yarışlara ev sahibi etməsinə maneçilik törətməkdədir. Asiya Həndbol Federasiyası məhz bu səbəbdən qitənin gənclər oyunlarının proqramlarına daxil olan həmin növ üzrə yarışın İranda deyil, Bəhreyində keçirilməsini qərarlaşdırıb.

İRNA Agentliyinin məlumatına görə ev sahibi sayılan yerli federasiya görüşlərin nümunəvi səviyyədə keçirilməsi üçün bütün hazırlıqları başa çatdırmışdı. Asiya Həndbol Federasiyası koronavirusun geniş yayıldığı ərəfədə müxtəlif dövlətlərə müraciətində səhiyyə və idman nazirlikləri vastəsilə ölkədaxili durumun araşdırılmasını xahiş etmişdi.

Riskə getmək istəməyən Asiya ölkələri pandemiya səbəbindən yarışa qatılmaqdan imtina etdiklərindən federasiya Bəhreyinə məktub ünvanlayıb. Beləliklə yarışın yerinin Şirazdan Bəhreyinə dəyişdirilməsi ilə əlaqədar müraciət müsbət həllini tapıb. Hazırlıq işlərinə başlanılıb.

Şərhlər bağlıdır.