Azərbaycan milli hərəkatı şuurla inkşaf edir

Mirmusa Haşimi

Mir Musa Haşimi

(tərcümeyi-hal)

 1947-ci ilin aprel ayının 2-də  Cənubi Azərbaycanin Mərənd şəhərinə bağli Yekənkəhriz qəsəbəsində kiçik bir mülkdar-əkinçi ailəsində dünyaya göz açmışdır. 10 yaşlarında ailəsi ilə birlikdə Urmiya şəhərinə köçmüşdür. İbtidai və orta təhsilimi Urmiyada davam etdirmişdir. 1965ci ildə hərbi məktəbə daxil olmuş, oranı bitirdikdən sonra 15 ilə yaxın bir müddətdə Azərbaycan ərazisində yerləşən 64 saylı ordu hissəsinin Urmiya  şəhərindəki baş qərargahinda bir əsgər kimi xidmət etmişdir. Islam inqilabindan sunra 1980-ci ilin baharında azadlıqsevərlik ittihamı ilə Tehranda həbs olunub və hərbi məhkəmədə haqqında ölüm cəzası istənilmişdir. Bu arada həmkarlarımdan bir neçəsi öldürülmüşdü. Ancaq Iran – Iraq savaşının gərginləşdiyi bir ərəfədə, yəni 1980-ci ilin payizinda həbsdən sərbəst buraxılmışdır. Azadlıq uğrunda mübarizəyə baxmayaraq, acınacaqlı və ağir dürümda 1981-ci illərdə ölkəni tərk etməyə məcbur olub və Türkiyəyə siğinmışdır. 1988-ci ildən etibarən isə Isveçdə yaşamaqdadır. Sivil işlərlə yanaşı Azərbaycan mədəni – kültürəl işlərində çalışır. 1999-cu ildən bəri “Varliğin səsi” dərgisinin məsul müdırı olmaqla yanaşı, həm də 2003-ci il mart ayının 21-də yaranan Azərbaycan Milli Cəbhəsinin qurucularındandır.
Evlidir, üç qız və bir oğul atasıdır.

Ön söz

Biz bu gün Azərbaycandan söz açarkən, tariximiz göz önündə canlanır. Istiqlaliyyətimiz uğrunda və Bu torpağın bütövlüyünün qorunmasında canından keçmiş insanlarımız az deyil. Biz bununla qurur duyuruq, amma bu gün hardayıq? Hankı şəraitdə yaşayırıq? Azərbaycanın tarixi torpaqlarının tikə- tikə, yad qüvvələrin əli ilə bölünməsi, umumiyyətlə Azərbaycan millətinin son əsirdəki məğlubiyyətləri hər bir vətəndaşa ürək acısıdır.

Keçmiş tarix bizim üçün unudulmaz təcrübədir. Amma tarixin qaranlıq küçələrindən çıxıb, yeni bir şərəfli tarix yaratmaq məcburiyyətindəyik. Nəhayət bu işin zamanı gəlib çatmışdır. Bu doğru yolda yalqız olsaqda, elə ilk cığırı yalqızlıqdan başlamalıyıq. Bu böyük amallarımza qorxu ilə, şübhə ilə, yadlara söykənməklə, yox! nəhayət öz milli varlığımıza söykənərək polad iradə ilə, qətiyyətlə ışıq üfüqlərdə qaranlığın bağrını yara- yara istibdad səngərini mütləq fəth etməliyik! Bax elə bu atacagimiz cəsarətli addımlar yeni tarixin ilk səhifəsini yazmaq deməkdir.

Bizim kimsənin qazan dibinə ehtiyacımız yoxdur, öz dolu qazanlarımız qaynayıb daşmaqdadır. Bu sözləri qələmə almaqla istərdim xatırladim ki, çağdaş əsirdə hər şey dəyişir. Bu gün yeni və rəngarəng tablo dünya ictimayiyətinin gözü önündə sərgilənmişdir. Bu tablo inkar edilməz bir faktdır. Təəssüflə, pan-iranizm xəstəliyinə düçar olanlar, hələdə gözlərin yumub, milli məsələ üzərində həqiqətləri görmək istəmirlər. Bu ünsürləri öz dəyərləndirmələrimə görə iki yerə bölmək istərdim:

Birincisi, fars şovunistləridir və bunlar milli mənsubiyyətlərini başqalarından üstün tutaraq, uydurulmuş-şişirdilmiş tarixlərinə istinad edərək özlərini hər zaman  haqlı və qalıb bir millət kimi görürlər. Bu qeyri-demokratik düşüncə sahiblərinə toxunmağı zəruri sanmıram. çünki bunlar hər zaman milli varlığımıza xor baxaraq yeri gələndə qərəzli görüşlərindən və təxribatlarından əl çəkmirlər.

İkincisi, o soydaşlarımızdır ki, bəziləri cahil- yəni bilmədən, bəziləri təcahül- yəni bilərəkdən paniranist istiqamətinə yönəmişlər. Bu ünsürlər haqqında xalq arasında belə deyirlər: “yuxluyan adamı oyatmaq olar, amma özünü yuxuya vuran adamı oyatmaq mümkün deyil.” Yəni cahilin ağlı və məlumatı az olduğuna görə yaramaz işlərə əl atır və suçu bilə-bilə deyil. Təsəlli verici odur ki, cahilin yuxudan oyanması və zaman içərisində onlarin doğru yola çəkilməsi mümkündur. Amma təcahül bilə-bilə öz şəxsi yararları üzərində istəklərin həyata keçirir və belə bir ünsürləri yuxudan oyatmaq və islah etmək çox-çox çətindir.

Azərbaycan milli hərəkatı belə çatışmazlıqlarla uğraşırsa da, Iran İslam rejiminin dəhşətli təzyiq və basqılarına məruz qalırsa da, ulusumuzda öz milli varlığına güvənc-inam hissinin və hərəkatın günü-gündən gəlişməsi milli-mədəni fəallarımızın sonsuz fəaliyyətləri nəticəsində danılmaz bir fakt kimi göz önündədir.

 

Federalizm təmənnasında olmaq nə deməkdir.

Müəyyən səbəblərə görə İranda federalizm prinsipləri əsasında yeni bir dövlətin  yaranması ağla sığan deyil. Bu sözün sübutunu tarixin acı səhifələrindən arayıb tapmaq mümkündür. 1906-ci il məşrutiyyət inqilabi, 1920-ci il azadistan hərəkatı, 1945-il Azərbaycan milli höküməti, hətta 1979-ci il Azərbaycan xalq müsəlman hərəkatı və hamısından daha güclü və milli xarakter daşayan, bu günkü Azərbaycan milli- mədəni hərəkatı buna bariz nümunələrdir.

Günümüzə qədər azadlıq uğrunda şirin canların fəda edən insanlarımızın şərəfli xatirələrini unutmaq, Güney Azərbaycanın hal hazırdaki ağır durumun olduğu kimi dərk etməmək, keçmiş təcrübələrə bilə-bilə göz yummaq insafsızlıqdır. Çünkü hər zaman azərbaycanlıların azadlığını məhv edən İran demokratları olmuşdur.

Elə bu gün də İranin bütövlüyü adına dəridən- qabıqdan çıxanlar və Güney Azərbaycan milli hərəkatın baykot edənlər həmən üzdəniraq demokratların varisləridir. Təəssüflə, bunların içində assimilə qurbanları olan və kimliyindən uzaqlaşmış olan bizim “manqurtlar” da vardır.

İranda Azərbaycanı müstəmləkədə saxlayan bəzi şəxslərin fikirlərini sənəd olaraq arxivlərdən axtarıb tapmaq çətin deyil. Yalnız iki şəxsin sözünə işarə etməyi zəruri sanıram. Məhəmməd Rza Pəhləvi (İran şahı) 1940-ci illərdə Azərbaycan mill höküməti dövrü haqqında belə demişdir: “Elim kəsilsə də Azərbaycanı İrandan ayrılmağa icazə vermərəm”. Görəsən Azərbaycan bu ağaların şəxsi mülkü və azərbaycan milləti ömür boyu müstəmləkədə yaşamağa məhküm olmüşdür?! Görəsən İran kralı niyə “Bəhreyn” xalqı ayrılarkən belə bir ifadəni qullana bilmədi? Olmaya azərbaycanlılar ömür boyu başqasının tapdağı altında yaşamağa məhkum olmuşlar və bizim xəbərimiz yoxdur?

Başqa birisi, Ağa Nurəddin Kiyanuri (İran Tudə partiyasının rəhbəri) 1940-ci illərdə belə demişdir: “Azərbaycan demokrat firqəsi Tudə partiyasi ilə birləşmədən əvvəl bu firqənin şuarlarında və nəşriyatında uzun bir müddət “Yaşasın Azərbaycan” şuarı davamlı səslənməkdə idi, və bütün qonaqlıqlar, mitinglər bu şuarla sona çatardı. Amma mərkəz bu cərəyanla müxalif idi, ciddi müxalif idi. Niyə? Ona görə ki, bu şuari boğmalı idi və şuarı yasaq etməyin yolu partiya (hizb) ilə birləşmək idi. Partiya ilə birləşən zaman isə müştərək (ortaq) proqram aparmaq məcburiyyətində qaldılar və proqramın bir maddəsi İranın  bütövlüyünü qorumaqdan ibarəti idi!1

Baxın bir İranda sosializm adı daşiyan bir partiyanın rəhbərinin düşüncəsinə! Düzdür ki, sosialızm bir milləti əsarətdən qurtarmağa qadir deyil, amma, sosalizm siyasi bir məktəbdir ki, düzgün həyata keçirilərsə bütün insanların rifahın və səadətin təmin edər. Bu sözləri xatırlamaqdan məqsədim o, soydaşlardır ki, hələdə milli məsələni İran xəritəsinin xaricində görməkdən çəkinirlər.  Sosializmi əsl elmi mənada yox, həyatda özünü doğrultmayan, heç bir işə yaramayan Lenin, Stalin və… məktəbində görərək, bu yolu hələdə millətimizin milli qurtuluşu qarşısında bir silah kimi qullanmaqdadırlar.

Bu fikir sahiblərinin çoxu İran islam inqilabında o zaman hələ tam formalaşmamış bir yeni cərəyan olan “Xalq müsəlman” hərəkatını təhəmmül etməyə belə çıxarları olmadı! Onlar, İran islam hakimiyyətinin yirtici və qəddar quvvələrinə qoşulub xalqımızın qoynunda təlim-tərbiyyə görən və qürurla zülm qarşısında baş qaldıran yoxsul və zəhmətkeş insanlarımızı qan içində boğdular! əvəzində bir ovuc qüdrət iddasinda olan, zülmkar və xalqın qanını sorub əyri-oğru yollarla sərmayə artıranların iqtidar kürsüsünü təsbit etmişlər. Bu gün hər kəs papağıni qarşısına qoyub ötən xətaların acınacaqlı nəticəsi üzərində qəzavət etməlidi deyilmi ?!

Federalizm istiqamətində çaba göstərən vətəndaşlarımız yaxşı bilirlər ki, İranda ayrı-ayrı millətlər, yəni Azərbaycan türkləri- farslar- kürdlər- ərəblər- türkmənlər- bəluçlar və… yaşayır.Tutalım ki, sabah İranda federal rejimi yarandı, belə rəngarəng ölkədə hansı dil mərkəzi dövlətin rəsmi dili olmalıdır? Məgər İran da Almanıyadır ki, bütün ölkədə əksəriyyət etniki təşkil edən Alman milləti olduğına görə alman dili hakim olsun? əgər çoxmillətli bir ölkədə federal höküməti bütün milli istəkləri təmin edirsə, bəs nə üçün Kanadanın Quebek əyalətində yaşayan və milli varlıqlarıni qoruyan fransız dilli əhali istiqlaliyyət istiqamətindədir? Ya İspaniyadakı basklar, Böyük Britanıyada irlandiyalilar və ya skatlandyalilar və sairə digər buna bənzər nümunələri vermək olar.

Doğrudur ki cəmiyyətdə hər bir kültürəl, ictimayi və siyasi orqan və ya təşkilatın yaranması insanların təbii demokratik huquqlarına əsaslanır. Amma Iran siyasi xəritəsində milli və mənəvi varlığı yoxa çıxan Azərbaycan türklərinin durumu fərqilidir. Fərqili olmağı bundan ibarətdir ki, Iran adilə yaranan hər bir təşkilat, Azərbaycanın zərərinədir və belə bir halda Azərbaycan kimliyi istər- istəməz kölgədə qalir. Bu həqiqəti hər bir Azərbaycan aydını xüsusi ilə də gənc nəsil dərindən hiss edir. Demək olar bu gün Iranda islam hakimiyyətinin ana yasasi (əsasi qanun) icra olunursa, daha federal- demokratik rejimi qurmağa gərək yoxdur. Bizə belə gəlir ki, federal höküməti qurmaqdan məqsəd, Iran islam hakimiyyətini dəyişməkdir. əlbəttə ki, bu strategiya paniranist və imperyalistlərin xüsusi ilə Qərbin istəkləri ilə tam üst-üstə düşür. Bu gün Iraq və Əfqanıstan göz önündədir. Belə çirkin siyasəti yürütmək olduqca təhlükəli və xalqımızı bir daha Iran adi lə əsarətdə saxlamaq deməkdir!

Bildiyiniz kimi, ərəbcədə tarix yəni  “keçmiş təcrübə” təcrübə bir daha təkrar olunursa, ona məhz “xəyanət” deyirlər! Bəs necə olur ki, tarixin acı səhifələrini görə- görə, insan bir daha səhv etməyə yol versin?! Bu gün dünyamizda baş verən toplumsal siyasi-ictimai və mədəni hadisələrə baxarkən, xalqımızın özəliklə gənc nəslin milli  istəklərinin qarşısında hər kəs baş əyməlidir. çünki, azərbaycanlıların milli sərvəti gecə- gündüz hər tərəfli talanır, milli varlığı yoxa çıxır, iqtisad, rifah və əmniyyət baxımından ən dözülməz şərayitdə yaşamaq məcburiyyətindədir. Belə bir fəlakətdə yaşayan xalqımızın dözümü tökənməkdədir. Bu tarixi fürsətdən faydalanıb öz taleyini,  müqəddaratini həll etmək ideyalari millətimizin ən doğal haqqı və tarixi istəyidir.

…Fikirimizcə, acı  təcrübələrdən sonra Iranın siyasi xəritəsini bu dəfə də “federal-demokratik quruluş” adına qorumaq və əksəriyyəti təşkil edən Azərbaycan türkünu və ya başqa xalqıları əsarətdə saxlamağa gərək yoxdur!

 

Istiqlal bir millətin var olması deməkdir

İran əhalisinin 37 %-den artığini türk soylular təşkil edir, İran nüfuzunun yarısından çoxu türk soylulardan ibarətdir.1356-ci günəş ili Bəhmən ayının 29-da, mərkəzi Təbriz olan Azərbaycan, Pəhləvi hökümətinin təməlini bir zəlzələ kimi sarsıltdı və nəhayət bu rejim bir il içində süqut oldu.

Bildiğiniz kimi, Güney Azərbaycanın özəl bir dürümü vardır. Azərbaycan türkləri böyük nüfuz sayı ilə Iranın siyasi-iqtisadi həyatında, hərb sahəsində geniş təmsil olunurlar və onlar bir çox çeşitli səbəblərə görə həm Iranın mərkəzi bölgələrnə, həm ətraf bölgələrə səpələnərək yaşayırlar. Təəsüflə buna görədə soydaşlarımızın bir bölümü mərkəz meyilli olmuşlar. Amma mərkəzdən uzaq əyalətlərdə, xüsusi ilə Azərbaycan torpaqlarında yaşayanlar milli çıxarlarıni, hüriyyətlərini, bir millət kimi var olmaği) İran mərkəzli rejimdə görmürlər və buna görə mərkəzdən uzaqlaşıb Irandan qopmağı hər zaman ürəklərində bir arzu kimi yaşadirlar.

Yeri gəlmişkən, “Səttar xan ilə cavan türklərin əlaqə yaratmasından rusların qorxuya düşməsi” haqqında bir neçə sətr qeydə alınmış sənədi bir daha burada xatırlamağı zəruri sanıram. 1908-ci ildə milli hərəkat Güney Azərbaaycanda müəyyən coğrafiyada təzahür etməyə başladi. Təbrizin qiyamçıları həmən ilin yayında Türkiyə inqilabının müvəffəqiyyətindən ilham alaraq Güney Azərbaycanı İrandan ayırıb, bir müstəqil Cumhuriyyət yaratmaq fikirinə düşmüşdülər və bu barədə bir bəyannamə yaymışdılar. İranın Şimalında bir türk dövlətinin yaranması düşüncəsi İstanbulda maraqla qarşılanmişdı. Lakın o zaman rus rəsmiləri (məqamları) Səttar xanin gənc türklər ilə əlaqə yaratmasından və Güney Azərbaycanda müstəqil türk dövlətinin ehtimal üzərində yaranmasından qorxuya düşmüş, qulaqları səsdə qalmışdı.

Daha Başqa bir fakt. İranda Tüdə partiyasının (hizbin) simalarından olan Ərdəşir Avansiyan belə deyirdi: “Təbrizdə neçə orqan yarandı. Birinci və ən önəmlisi Azərbaycan zəhmətkeşlər orqanı idi, təxminən beş min nəfər üzvü var idi. Siyasi partıya deyildi, amma siyasi bir orqan sayılırdı. Üyələri (üzvüləri) Şurəviyə(Sovyetə) dost kimi yanaşıb faşızmı duşmən görərək, İranda irticayi quvvələrə qarşı mübarizə apararaq demokratiya tərəfdarı idilər. Amma böyük eybi bu idi ki, yalnız Azərbaycan adina çalışırdılar və əməldə Iran daxilində baş verən proseslərə qoşulmayıb heç bir Iran təşkilat və ya orqanı ilə əlaqə yaratmaq niyyətində deyildilər. Belə bir Azərbaycan orqanlarının fikir mərkəzində yer alanların çoxu milliyətçilər idilər. Amma başqa milli orqanlar da Azərbaycanda yaranmışdı və bu əsasda Azərbaycan Cəmiyyəti adli bir orqan da yarandı və Əxgəri, Şəbüstəri və bir iddə aydınlardan idilar. O cümlədən kitab evi olan Hilal Nasiri bu orqanda fəaliyyət göstərməkdəydi. “Azərbaycan” adlı dərgi bu şəxslər tərəfindən nəşr olunurdu. əsasda onların məsuliyyəti olsa idi də əsas siyasətləri Azərbaycan idi və İrana maraq göstərmirdilər. Eyni bu durum işçilər birliyi olan (Ettehad Kargəranda) da hakim idi. Yenə Azərbaycan adi ilə Azərbaycana işləyirdilər və əməldə özlərin İrandan ayrı bilirdilər. Misal üçün, Fəalələr birliyi İrandan ayrı işləməklə yanaşı, həmdə İranın Tudə partiyasının əleyhinə bir ziddiyyət yuvasına çevirilmişdi. Biz əməldə bu milliyətçiliyə qarşı qılınc (şəmşir) çəkib qalıb gəldik və Tudə partiyasının işi yoluna düşdü.”2

Təsadüfi deyil ki, bu gün Güney Azərbaycan türkləri demokratik prinsiplər əsasında milli varlığını təyin etmək, hüriyyətlərini əldə etmek  məqsədi ilə yola çıxmışlar. Hərəkatın bütün kəndlərdə, şəhərlərdə və çeşitli yerlərdə adsız-sansız və müdrük rəhbərləri vardır və onlar hərəkatı yüksək başarılarla inkişaf etdirməkdədirlər.

 

Hərəkatımızda bir para prinsipsizliklər

İstiqlal müqəddəs kəlimədir və bir millətin özgür yaşamağı deməkdir. Amma bu addan faydalanıb prinsipləri pozan bəzi soydaşlarımıza belə deməliyik: kor milliyətçilikdən uzaqlaşıb, mütərəqqi milliyətçilik pirinsiplərinə söykənməliyik. istiqlal şuarını boş-boşuna çomaq kimi qullanıb və hər kəsin başına vurmağa gərək yoxdur. Öz soydaşlarımızı,  və ya ayrı-ayrı qonşu millətləri kobud şəkildə bəzi xüsusi medyalarda və başqa yerlərdə  hər ünvanla olur-olsun alçatmaq və söyüş demək Azərbaycan türkünün kültür və mədəniyyətinə yaraşmayan bir davranışdır. Barmaq sayı qədər olan bu adamlar bilməlidirlər ki, milli mübarizəmizin təməli insanlıqdır. Insanlığa söykənməyən bir toplum azadlığı, rifahi və səadəti təmin edə bilməz! Zülm hansi ad və ünvan ilə kimin tərəfindən olur-olsun zülmdür. Görəsən keçmişdə və bu gün iqtidara söykənib, Azərbaycan türkünə divan tutanların çoxu azərbaycanlı deyilmi? Görəsən Azərbaycan coğrafıyasında hakimiyyət dayirələrinin rəsmiləri, özəliklə (xisusi ilə) məhkəmədə çalişanlar qeyri – azərbaycanlidirlarmi? Görəsən Azərbaycansevərlik anlamı boş duyğular əsasında yalnız bayraq (pərçəm) qaldırmaq, bəzi təhqiramiz və səviyyəsiz şuar səsləndirmək və necə diyərlər “yetənə yetib və yetmiyyənə bir daş atmaqdırmı”? Görəsən lüzumi varmı hey bağırıb deyəsən: “mən anamı istiyirəm?” Görəsən dünyada anasın sevmiyən insan tapılarmı? Nəisə, məntiqsiz təəssüb hətta bilim adamının və mütəfəkkirin də gözünü kor edər və onu, ən aşağı səviyyəyə gətirib çıxarar.

Tənqiddən məqsədim sevgili vətəndaşlarımı rahatsız etmək deyil, çünkü toplumların gücü onu təşkil edən hər bir fərdin ideyalarina sadiq olmağından, onların əzmli və ayıq-sayıq olmağından  asılıdır. Istərdim eşidib və şahıd olduğum bir para həqiqətləri qabarıq şəkildə dəyərli oxuculara çatdırmış olam. Çünki insan ömürü qısadır və bu qısa zamandan var-gücümüz ilə faydalanmalıyıq. Azərbaycan milli hərəkatı bütün Azərbaycanda yaşayan insanların milli yararlarını təmin edəcək. Buna görə də bu demokratik xalq hərəkatını heç bir şəxs, qrup ya təşkilatın mənimsəməyə haqqı yoxdur.

 

Son söz

Bildiğiniz kimi, İran islam rejimi atom fəaliyyətlərinə, terorizmi dəstəkləmək və beynəlxalq hüquqları pozduğuna görə Birləşmiş Millətlər Təşkilatı tərəfindən məhkum olmuşdur. illərdir ki, Amerika başda olaraq Qərb ölkələri tərəfindən bu ölkəyə iqtisadi-ticari sanksiyalar (təhrim) qoyulur. Bu , ölkənin ictimayı, siyasi, iqtisadi  həyatına ağır zərər vurmaqdadır,  rejimi və dinc əhalini ciddi şəkildə təhdid etməkdədir.

Hələ hökümətin həssas orqanlarından olan Sipah pasdaranda bu məsələlər tam ciddiliyi ilə gündəmə gəlməyib.  Bunu unutmamalıyıq ki, yetgin hala çatmayan hər bir hərəkat ağır itgilər ilə üzləşə bilər. Amma proseslər içərisində rejimin zəifləməsi və Azərbaycan milli hərəkatının güclənməsi reallaşır və rejimin çeşitli orqanlarında siyasi qarşıdurmalar, dəstəbəndilik və ziddiyyətləri duymaq mümkündür.

İqtisadi cəhətdən orta və yoxsul ailələrin məişət durumu günü- gündən dözülməz vəziyyətə gəlib çıxmadadır. Işsizlik, zülm və ədalətsizlik və sairə çoxdandır ki, qara pərdəsini insanların başı üstə sərmişdir.  Yuxarıda qeyd olunan problemlər, həmçinin başqa qabarıq şəkildə təzahür edən çətinliklər rejimin çökməsinə əlverişli şərait yaradır.

Güney Azərbaycan milli hərəkatı bu son illərdə İranın iqtidar və müxalifət davasından uzaq qalaraq, öz durumunu təsbit etməklə bir daha hərəkatın müstəqil, sağlam və şuurlu inkişafını aydıncasına subut etdi. Bu həssas zamanda xalqımızın şuurlu hərəkatından ilham alıb, boş-boşuna federal-istiqlal şuarları səsləndirib, soydaşlarımız arasında ixtilaf yaradan kiçik-kiçik qruplaşmalardan uzaqlaşmalıyıq. Xüsusən də bu söz xaricdə yaşayan bəzi soydaşlarımıza aiddir!

Bildiyimiz kimi, Birləşmiş  Millətlər Təşkilatında hər bir millətin öz müqəddaratını təyin etmək  huququ  bütün millətlər üçün rəsmi tanınmışdır. Bu istəyi Güney Azərbaycanda umumi bir strategiyaya çevirərək ana dilində məktəblərin acılması, ana dilində medyanın davamlı yayılması, bütün kültürel, ictimayi, iqtisadi və siyasi azadlıqların təmin olması məsələlərini həll etməklə hədəfimizə daha da yaxınlaşmış olarıq. Bu yolla milli hərəkatımız sözdən əmələ keçər, oz mütərəqqi idayalarina görə dünya ictimaiyyətinin diqqətini özünə çəkər, haqq işimizdə onların simpatiyasını qazana bilərik.

Fikirimcə bu strategiya bir çox cəhətdən indiki zaman şərtlərini də nəzərə alsaq, ən düzgün yoldur: 1) xalqımız əlindən alınan  haqqını bərpa etmiş olar; 2) xalq çox çətinliklə əldə etdiyi azadlığın kəşiyində daha yaxşı durar; 3) heç bir əməlimizdə dünya beynəlxalq qanunlara zidd bir şey yoxdur və milli istəklərimiz Birləşmiş  Millətlər Təşkilatının qanunlarında açiq şəkildə göstərilmişdir; 4) bu Iran Islam rejiminin qarşısinda xalqımızın haqlı huquqi tələbidir. Məsələyə dil, təhsil, mədəniyyət baxımından yanaşmaqla xalqımızın daha gəniş  kütlələrinin: məmurunun, hərbçilərin, konservativ ziyalilarının və s. marağına cavab vermiş olacağiq. Bu isə sıralarımızın daha da möhkəmlənməsinə, milli hərəkatimızın guclənməsinə səbəb olacaqdır.

Hamımıza bu muqəddəs milli hərəkatda birləşib bir yumruga çəvrilmyi arzu edirəm. Güc birlikdədir!  Son

13 yanvar 2012-ci il , Malmö -Isveç.

 

 

Qaynaq:

1- “Bir əsgərin xatirəsi”, müəllif Mirmusa Haşimi, 2007-ci il, səhifə 496, fars dilindən azərbaycan türkcəsinə tərcümə olunub.

2- “Bir əsgərin xatirələri”, 2007-ci il, səhifə 503-505

 

Şərhlər bağlıdır.