Təbrizin tarixi Xiyavan məhəlləsinin “Savalan Dərbəndi” küçəsindəki binalardan biri Məşrutə hərakatının rəhbərlərindən biri sayılan “Salari-Milli” Bağırxanla bağlı özündə xatirələri yaşadır. Lakin binanın mövcud vəziyyəti vətənpərvər insanlarda narahatlıq yaradır.
Evin indiki sahibləri dağılmış halda olan bu mülkü bələdiyyəyə verməyə hazır olduqlarını bildiriblər.
İran xəbər ajansı İrnanın yazdığına görə, Təbrizin Xiyavan məhəlləsindəki bu evin 43 maliki var və hamısı tarixi binanı Bələdiyyəyə verməyə hazırdır. Sahibkarlar daha öncə binanın alışı ilə bağlı Şərqi Azərbaycan Mədəniyyət Miras Qurumu bə Bələdiyyə arasında anlaşma olduğunu, bu zamana qədər hər hansı bir addım atılmadığını deyirlər.
Bu şəxslərə görə, tarixi binaya sahib çıxılması ilə acınacaqlı durumda olan tarixi tikili qurtulmuş olacaqdır, Bağır xana müntəsəb bu bina Təbrizin tarixi Xiyavan 4600 məhəlləsinin “Savalan Dərbəndi” küçəsində yerləşir.
S.T
Şərhlər bağlıdır.