Bu gün Azərbaycanın tanınmış sənətşünası, publisisti, araşdırmaçı-jurnalisti Ənvər Börüsoy (Ənvər Yusif oğlu Məmmədov) 61 yaşında vəfat edib.
Yüksək intellektinə, dərin düşüncəsinə və mülahizələrinə görə onun yazılarına respublika mətbuatında ehtiyac çox idi. Bu nümunələri Azərbaycanın tanınmış, ictimai fikrə təsir göstərən Kütləvi İnformasiya Vasitələri müntəzəm dərc edirdilər.
Ənvər mübariz ruhlu jurnalistlərimizdən biri sayılırdı. Firqəçi övladı ata-baba yolunun layiqli davamçılarından idi. Azərbaycan Demokrat Firqəsinin 2019-cu ilin noyabrında keçirilən ikinci Qurultayında sədrin müşaviri seçilmişdi.
Ə.Börüsoy uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi. Bu da ömrünün erkən başa çatmasıyla nəticələndi. Mərhumun ailəsinə, yaxınlarına və məsləkdaşlarına dərin hüzünlə başsağlığı verir, Allah rəhmət eləsin deyirik!
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRKƏZI KOMITƏSI
Allah rəhmət eləsin!
Şərhlər bağlıdır.