PANDEMIYA-AZƏRBAYCANDA SƏNGİMƏ, AVROPADA ETİRAZLAR

BİZİM ŞƏRH

Azərbaycanda koronavirus pandemiyası sürətli templə aşağı düşməkdə,
qadağa tədbirləri götürülməkdə və ya yumşaldılmaqdadır. Avropada isə bunun əksi müşahidə edilməkdə, etitaz tədbirlərinə baş vurulmaqdadır. Ötən həftə belə hallar qitənin bir sıra dövlətlərinə problemlər yaşadır. Danimarkadakin “Vətən” Cəmiyyətindən redaksiyamıza göndərilən məlumat və fololarda etiraz aksiyalarının əhatə dairəsi aydın nəzərə çarpır.Digər ölkələrdə də baş tutan aksialar haqqında da belə məlumatlar əldə edilib.

Nümayişlər zamanı polislə nümayişçilər arasında qarşıdurmalar baş verib, talanlar, dağıntılar olub.

Niderland, Belçika, Sloveniya, Çexiya, Avstriya, Macarıstan və Bolqarıstan keçən həftə koronavirus məhdudiyyətlərinə qarşı nümayişlərin keçirildiyi ölkələr arasında ilk sıralarda olub.

Niderlandda komendant saatının ilk həftəsində başlayan etiraz və talanların son 25-30 ildə ən şiddətli olduğu bildirilib.

Nümayişlər zamanı etirazçılar koronavirus test mərkəzinə də ziyan vuraraq avtomobilləri və motosikletləri yandırıb, mağazaların şüşələrini qıraraq talan ediblər.

Avstriyada insanların bir yerə yığılması qadağasına rəğmən təxminən 5.000 nümayişçi etiraza qalxıb.

Belçikanın paytaxtı Brüsseldə hökumətin epidemiya ilə mübarizə çərçivəsində tətbiq etdiyi və aylardır davam edən məhdudiyyətlərinə etiraz etmək istəyən 300 nəfər nəzarətə alınıb.

Etirazçılar azadlıqlarının bərpa edilməsi barədə şüarlar səsləndiriblər.

Danimarkada da 2020-ci ilin dekabrından bəri davam edən məhdudiyyətlərə qarşı etirazlarda polislə qarşıdurma yaşanıb.

Məktəblərin açılması lazım olduğunu iddia edən etirazçılar distant təhsil istəmədiklərini vurğulayıblar.

Macarıstanın paytaxtı Budapeştdə, Çex Respublikasında da etirazlar baş verib.

Qeyd edək ki, 2021-ci il yanvarın əvvəlində Almaniyada, 2020-ci ilin oktyabrında İspaniyada, 2020-ci ilin noyabrında Fransada da etirazlar baş verib.

Şərhçi

Şərhlər bağlıdır.