29 BƏHMƏN QİYAMININ 43-CÜ İLDÖNÜMÜ

Qocaman Təbrizimiz qəhrəmanlıq ocağı olaraq min illər tarixə malik olduğunu və zəngin hünər yaratdığını və torpağımıza, xalqımıza xor baxanlara layiqincə müqavimət göstərməyi və yabançıları yurdumuzdan qovmağı və ölkəmiz Azərbaycanda öncüllük rolunu oynayaraq 1356- ci ildə 29 Bəhməndə əhalinin yaratdığı qiyam bir daha keçmiş ənənələrinə Təbrizin sadiq olduğuna bir nümunədir. Həmin dövrdə Azərbaycanda uzun müddət hökm sürdüyü Pəhləvi rejiminin istibdadı və dispotizmi və mövcüd olan ədalətsizlik, milli zülm bu qiyamı meydana gətirməkdə əsas səbəb idi. Məskən, ərzaq, geyim vasitələrinin qıtlığı və bahalığı Azərbaycan əhalisinin gün-güzəranın gündən-günə pisləşməsi, Azərbaycan xalqının öz müqqədaratın təyin etmədə heç bir hüquqa malik olmadığı, ana dili yasaq və milli təşkilati Azərbaycan Demokrat firqəsinin fəaliyyəti qadağan olan bir vaxtda hakim Məhəmməd Rza şah Pəhləvi ancaq faşistin metodlarla zülmkar hökümətini davam etdirməkdə israrlı idi. Məhəmməd Rza şah xarici həmkarlarına güvənərək rəst daxiz adlı bir partiya quraraq, bir dil, bir dövlət, bir millət deyərək şahənşahı şüarlarla dünyanın qulağın kar edirdi. Və kimsə şahın Xuda şah mihən şüarlarına etinasız olurdursa məvaliki məhrusəni tərk etməli idi. Heç bir demokratik islahata yol verməyə razəlaşmayan şah diktatorluq hakimiyyətini davam etdirmək üçün əlindən gələni əsirgəmirdi. Belə bir şəraitdə uzun illər bu boğuntudan cana gəlmiş Azərbaycan xalqı başda qəhrəman təbrizlilər ayağa qalxdı. Və 29 bəhmən qiyamini yadda qalan və tarixə yazan əzəməti ilə meydana gətirdi. Bu hadisə şənbə günü bəhmən ayının 1356 cı ildə Firdovsi xiyabanının sonunda yerləşən Mirzə Yusif ağa məscidinin qarşısında toplanan əhalisinin içərisində olan Tacəli bir tələbənin polis Sərvan Cəvadi vasitəsilə qətlə yetirilməsi ilə qığılcımı vuruldu. Həmin polis dəstəsi 1350-ci illərdə Təbriz universitetinin tələbələrini hansı ki, şah rejiminə qarşı saysız-hesabsız dinc mitinqlər və yürüşlərinə divan tutan və elm tərəfdarına qan udduran Sərvan Cəvadinin dəstəsi idi ki, bu dəfə də caminin qarşısında Qum şəhərində ölənlərin yas mərasimi keçirtmək münasibətilə az sayda yığışan Təbriz bazar əhalisinə tətbiq etmək istəyirdi. Lakin tarixi an gəlib çatmışdır. Milli hökumətin süqutundan bu günə qədər cana doyan Təbriz əhalisi Tacəlinin cansız cəsədini çiyinlərinə alaraq Firdovsi xiyabanına yola düşdülər. Bir neçə dəqiqə ərzində Təbrizin qəhrəman kütləsi bütün polis obyektlərini darmadağın edib və şəhərin təmamilə hökumət orqanlarının əlindən azad etdilər. Üsyan Təbriz əhalisini əhatə etdi. Polis kioskları yandırıldı, dövlət obyektlərinin şüşələri dağıdıldı. Lakin bircə qəpik belə toxunmadan qəzəblənmiş kütləyə qoşulmayan bang və mağazalar daşa basıldı. Baxmayaraq ki, Təbriz cəsarətli qiyamçılar vasitəsilə azad oldu. Lakin əsasən qiyam çox kor təbii xarakter daşıyırdı. Səbəb də məlum idi. Uzun illər hökm sürmüş Pəhləvi diktatorluğu Azərbaycan Demokrat Firqəsinə və onun tamam üzvlərinə vaxtaşırı divan tutaraq, onları dönə-dönə həbsə salaraq, edam və hökm cəzaları ilə demokratların təşkilatlarını güclənməsinin qarşısını alaraq, belə bir gündə kor təbbi qiyama qoşulan Təbriz əhalisi belə şəratitdə öz doğma təşkilatının rəhbərliyindən məhrum qalmışdı. Beləliklə təəssüflər olsun azad olunan Təbriz şəhərini şah rejiminin ordusundan qoruyub saxlamaq və həmin qiyama rəhbərlik etmək imkanı həddindən artıq zəif idi. Elə ona görə həmin gündən qiyamın yatırılmasına şah rejimi tərəfindən başlanıldı. Polis qüvvələri və savak məmurları və qoşun dəstələri evlərin damlarından, qonşu küçələrdən, maşınların içərisindən qiyamçılara atəş açdılar. Qoşun generalı Bidabadinin başçılığı altında geniş əməliyyata başlandı. Təbrizin ostandarı Azumudə Tehranla danışıqlarında xüsusi kömək almaq tələbi ilə qiyamı yatizdırmağa israrlı idi. Təbrizdə yerləşən və Təbrizi işğal altında saxlayan mərkəzi hökumətin əlaltıları Tehrana Təbriz əhalisindən raport göndərmək üçün dəridən qabıqdan çıxırdılar. Onlar qiyamçıları Pişəvərinin demokratları, Marksist islamçılar, və komunistlər deyərək Təbrizdə banglar, sinemalar və idarələrin xalqın əlinə keçirilməsindən Tehrana raport verirdilər. Şah isə axşamçağı Tehran televiziyasından Təbriz qiyamçılarını Pişəvərinin nəvələrin və o taydan gəlmiş demokratların olduğunu təkid etdi. Əldə edilən məlumatlara görə məlum oldu ki, yaralanların sayı 600-dən çox, şəhid olanların sayı on nəfər və həbs olunanlar 650 nəfərdən artıq olmuşlar. Təbriz qiyamı regionlarda öz əks sədası ilə təbrizliləri daha hörmətini qaldırdı və bir daha göstərdi ki, Səttar xan, Baqır xan, Şeyx Məhməd Xiyabani və Pişəvərinin davamçıları qəhrəmancasına necə diktatorluğa qarşı ayağa qalxmışlar. Təbrizlilərin tarix boyu milli, modern və siyasi ənənəvi mübarizələri hər kəsin dilində əzbər idi. Bu dəfə də Təbriz və azərbaycanlılar öz cəsarətləri ilə hər yerdə xüsusi qarşılamalarla üzləşirdilər. İranın başqa şəhərlərində Təbriz plaklı maşınlara pulsuz petrol vururdular. Təbrizlilərə Mehmanxanalarda xüsusi yer ayırırdılar. Təbrizlilər daha artıq özünə güvənliklə və başı ucalıqla yeni tarix yazdıqları üçün qürur duyurdular. Təbrizlilər Səttar xanın hərakatından başlanan və yaradılan yeni dövranın müəllifləri, övladları və varisləri olduğu kimi Təbriz və Azərbaycanın digər şəhərlərində həmin hərəkatın davamçıları kimi diktatorluğu yıxıb və yeni Azərbaycan qurması ideyaları ilə sabaha ümidlə addımlayırdılar. Lakin təəssüflər olsun ki, həmin Səttar xan dövründə yaranmış milli və modern məfkurəyə qarşı Şeyx Fəzullah Nurilər, irticaçılar, fanatiklər kimi və onları dəstəkləyən xarici dövlətlər qəbirdən xortlamış azərbaycanlılara qarşı öz mənfur niyyətlərini qiyamın sabahkı günündən həyata keçirməyə başladılar. Səttar xan hərəkatına mane olan fanatik məşruəçilər bu dəfə nə tənha həqiqi məşrutəçilərə qarşı, bəlkə milli demokratik qüvvələrə (millətləşən və demokratiləşən) qarşı modernləşməyə, ictimailəşməyə qarşı bütün irticai və cahil qüvvələrə arxalanaraq şah rejiminin qüvvələrindən dəstəklənərək, Amerika və Qərb dövlətlərinin dəstəklərindən bəhrələnərək Məşrutə qiyamının sədaqətli demokrat Azərbaycan qüvvələrinin varislərindən intiqam almağa başladılar. Və cürbəcür qiyamçılara alternativlər yaratmağa başladılar. Qiyamdan sonra gizli yollarla və müxtəlif senariyolar yazmaqla şah bütün gzili və açıq qurumları ilə əlbir olaraq məşruəçiliyi Azərbaycan xalqına sırıyaraq yeni bir diktatoranı hakim etdilər, hansı ki 42 ildir ki biz onun şahidiyik.
Təəssüflər olsun ki, zidd səltənət inqilabı 22 bəhmən 1357-də baş verdisə həmin inqilab verdiyi vədələrə, o cümlədən əqidə azadlığı, partiya azadlığı və xalqların azadlığına əməl etmədi. Yazdığı qanunlar kağaz üstə qaldı. Azərbaycan Demokrat Firqəsi min bir çətinliklə zidd səltənət inqilabından doğulan şəraitdə ələni fəaliyyətini Təbrizdə və 22 digər Azərbaycan şəhərlərində bərpa etsə də və qısa müddət öz məsləkini və fəaliyyət tarixini, milli hökumət və milli məclis və milli ordunun gördüyü işləri xalqımızın arasında yayıb və milli hökumətin bərpası üzərində təşkilatlanmağa çalışsa da 3 ildən artıq çəkmədi ki, yeni hakimiyyətə gəlmiş məşruəçi hökumət firqəmizin dəftərlərinə və üzvlərinə hücum edərək 3000 dən artıq firqəçiləri həbsə aldı və onlardan firqə müavini Anuşirəvan İbrahimini, Astara şəhər komitəsinin məsulu Rəsul Əmirini, firqə Təbriz gənclər məsulu Məhəmməd hüseyn Əmir Haşimini, Qoşaçay şəhər məsulu Məhəmməd Hüseyn Qədəmgahi, Əzim Mühəqqiqi, firqənin orqani Azərbaycan qazetinin baş redaktoru Mirvəhab Əfxəmini edam etdilər və digər məhbuslara saysız hesabsız həbs və içgəncələrə məruz qoydular və firqə azerkeşlərini işini və digər yaşayış imkanlarını əllərindən aldılar. Yeni hakimiyyətə gəlimiş məşruəçi dövlət bunlara qane olmayaraq Azərbaycan tarixini, ilini, mədəniyyətini məktəblərdə şah rejimi kimi öyrənməyə qadağan etməyə davam etdi. Azərbaycanın tarixdə qazandığı nailiyyətlərə kölgə salmaq üçün onun görkəmli şəxsiyyətlırinə qara yaxmağa əllərindən gələni bu günə qədər əsirgəmirlər. Lakin Azərbaycan xalqı 29 bəhmən Təbriz qiyamının şəhidlərinin xatirəsini əziz tutaraq, yenidən Təbrizdə daha güclü qiyamları meydana gətirib və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə milli hökumətini və milli məclisini bərpa etmək əzmindədir.

Abdullah Amir Haşimi Cavnşir                                                

Tarix: 29.11.1399

Şərhlər bağlıdır.