21 Azər Haaqa (Lahey) Tədbirinin Proqramı Haqqında Bildiriş 4-cü Bəyanat

17-11-2026

Əziz vətəndaşlar;
Milli hökumətimiz və onun qurbanlarının xatirəsini yaşatmaq və onların haqq səsini dünyaya çatdırmaq ortaq məsuliyyətimizdir. 80-ci il dönümündə, xalqımıza qarşı törədilmiş bu böyük cinayəti unudulmaması, beynəlxalq səviyyədə tanınması və ədalət tələbimizin eşidilməsi üçün Haaqa şəhərində bir araya gəlirik. Bu təşəbbüs milli varlığımıza sahib çıxmaq və dayanışma iradəmizin ifadəsidir.

Əvvəlki bəyanatlarımızın davamı olaraq bildiririk ki, 21 Azərdə — 12 dekabr 2026 Şənbə günü Niderlandın Haaqa (Lahey) şəhərində keçiriləcək tədbirin proqramı belədir:

* Saat 10:00–14:00: 21 Azər hadisələrinə və qurbanlarına həsr olunmuş konfrans keçiriləcək.
* Saat 14:30–16:00: Mitinq keçiriləcək və basın açıqlaması veriləcək. Həmçinin, 21 Azər qurbanlarına ədalət tələbi ilə məhkəməyə müraciət ünvanlanacaq. Müraciətdə 21 Azərdə törədilmiş cinayətlərin beynəlxalq səviyyədə qətliam kimi tanınması tələb olunacaq.
Konferans və mitinq yeri adresləri daha sonra elan ediləcək.

Bütün vətəndaşlarımızı, eləcə də azadlıq və ədalətə dəyər verən hər kəsi bu tədbirə qatılmağa, 21 Azər qurbanlarının haqq səsinə səs verməyə çağırırıq.

Azadlıq; Ədalət; Milli Hökumət

21 Azər Haaqa (Lahey) Tədbiri Təşəbbüs Qrupu

16-11-2026

Şərhlər bağlıdır.