FRANSIZ PAPAZ İRAQA NƏ ÜÇÜN GƏLDİ?

Fransız Papaz keçən həftə 7martda (15.12.1399) Ayətullah Sistani ilə görüşmək üçün İraqın Nəcəf şəhərinə gəldi. Görəsən katolik kilsəsinin başqanı Papaz şiə müsəlmanlarının təqlid mərcəi olan Ayətullah Sistani ilə hansı məqsədlə görüşür deyə bütün məntəqədə sünnü və şiə müsəlmanlarını maraqlandırır. Sualın qəribəliyi burasındadır ki, həmin günü İraqda milli bir gün elan edilməsi bizlərə nə anlatmaq istəyir? Görəsən fransız Papaz İraq şiə lideri ilə görüşüb dünya müsəlmanlarla dini kultur dioloqu aparmaq istəyirmi, yoxsa üzdən iraq “parçala hökumət et” siyasətini keçmişdə beş yüz il ərzində Qərb müstəmləçilik siyasətində hökm sürdüyü kimi indi də katolik başqanı olan Papaz vasitəsilə müsəlman dünyasını parçalamaq və onlar arasında şiə, sünnü davaları salmaq və ya açıqca desək regionda ələlxüsus İraq, Türkiyə, İran və Qaqazda türk xalqlarına qarşı yeni qarşıdurmalar təşkil etmək fikrindədi?
Xatırlatmaq lazımdır ki, türk dünyasının aparıcı ölkələri başda Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası illərdir mədəniyyətlər arası dialoqlara və dini tolerantlara, region ölkələrinin iqtisadi intiqrasiyalarına xüsusi diqqət yetirilmələri göz önündədir. Fakt üçün qeyd etməliyik ki, on beş il əvvəl Sayın Ərdoğanın başçılığı ilə hakimiyyətə gəlmiş Ağ Parti, dəfələrlə açıq və net Avropa ölkələrinə daxil olmaq və Avropa Birliyinin bütün qayda-qanunlarına söz verib sadiq qalmasına və Avropa Birliyinə daxil olarsa regionda demokratiyanın inkişafına Türkiyənin töhfələrini verməsininin şahidi olmuşuq. Baxmayaraq ki, Avropa Birliyi Türkiyəni dışlayıb və kənarlaşdırmağa cəhd etmişdir. Baxmayaraq bu söz vermələrlə Türkiyə demokratiyanın inkişafında vətəndaş hüquqlarını genişlənməsində, etnik mənsubiyyətlərə xüsusi diqqət yetirilməsi, qonşu ölkələrlə iqtisadi, mədəni əlaqələri genişləndirmə istiqamətində atılan addımlar dediklərimizə sübutdur. Cənab Ərdoğan dəfələrlə demişdir ki, Ermənistan dövləti Azərbaycan torpaqlarını işğaldan azad edərsə, Türkiyə sərhədlərini ermənilərin üzünə açacaq. Lakin Ermənistan belə bir təkliflərə müsbət yanaşmadı. İran İslam Respublikası isə Amerikanın sanksiya qaydalarına məruz qalan dövrdə Türkiyə və Azərbaycan İrananın üzünə bütün qapılarının açaraq ona qarşı heç bir neqativ addım atmayaraq iqtisadi, siyasi münasibətlərini dostları ABŞ-nın istəyinə rəğmən İranla genişləndirməyə cəhd etmişlər. Buna baxmayaraq biz bilirik ki, İran Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunan 30 il dövründə Ermənistanla münasibətlərini günü-gündən inkişaf etdirmiş, ən böyük yardımı Ermənistan İran tərəfindən əldə etmişdir. Baxmayaraq ki, İran müsəlman ölkəsidir və dünya islam ümbülqərası iddiasındadır. Son olaraq 44 günlük ikinci Qarabağ savaşında Türkiyənin Azərbaycana mənəvi dəstəyi İran tərəfindən həddindən artıq qısqanclıqla qarşılandı. Dediklərimizə artırmalıyıq ki, İranın kütləvi informasiyası gecə-gündüz Azərbaycan Respublikasına və Türkiyə Cümhuriyyətinə qarşı anti türk təbliğatlarla məşğuldurlar və şiə, sünnü qarşıdurmanı təbıiğ edirlər, belə bir mövqedə Fransız Papazın İraqın ali şiə məqamı ilə görüş və danışıq nə qədər düzgündür, nə qədər şiə, sünnü qarşıdurmasında katolik kilsəsinin araqarışdırma niyyətinin olmamasına razılıq vermək olar. Xüsusilə qeyd etsək ki, Papaz Ərbil şəhərində İraq Kürdüstan İqliminin məsulları ilə də görüşmək və bu görüşdə də böyük Kürdüstan xəritəsi ilə çap edilmiş Papazın iftixarına görə markaları Papaz görüb və susması, belə qondarma xəritəni təsdiqləməsi hansı mənanı daşıya bilər? Qeyd etdiyimiz qondarma xəritədə böyük Kürdüstan ərazisinin içərisində Cənubi Azərbaycanın bir çox şəhərləri də yerləşdirilir. Bunu görən İran rejimi isə Fransız Papaz kimi susur. Təkid etməliyik ki, bu hadisələr Azərbaycan dövlətinin 44 günlük ikinci Qarabağ müharibəsinin torpaqların işğaldan azad edilməsindən sonra baş verir. Bir məqamı da qeyd etməliyik ki, həmin müharibə dövründə Fransız Cümhur başqanı Makron dəridən-qabıqdan çıxaraq əlindən gələn təzyiqləri Azərbaycan dövlətinə eləcə də Azərbaycana mənəvi dəstək olan Türkiyə Cümhuriyyəti və onun sevimli başqanı Ərdoğana qarşı hələlik kimsənin xatirəsindən çıxmamışdır. Həmçinin əlavə etsək ki, Dağlıq Qarabağda erməni quldur dəstəsi və separatçılarının dəfələrlə Fransız senatına, Fransız Cümhur başqanına, Fransız Papasına müraciətləri və onlardan yardım tələbləri Azərbaycanın haqq işini əngəlləmə məqəsdilə vaxtinda səmərə verməsə də bu gündə Fransız Papasının regiona İraqa səfəri və yeni cəbhənin Türkiyə Cümhuriyyətinə və Azərbaycan Respublikasına qarşı tədarükünü qoxusu və xüsusilə şiə İran Respublikası, dolayı olaraq həmin cəbhəyə daxil olması, haqq və ədalət tərəfdarlarını narahat etməyə bilməz. Xüsusilə qeyd etsək ki, bir neçə gün əvvəl İranın Qum şəhərində “Qarabağ islam torpağıdır” adlı beynəlxalq yığıncağın İran rejimi tərəfindən təşkli və orda gedən Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı sətiraltı, qərəzli və nifaq salan danışıqqları nəzərə alsaq, Fransız Papazın regionda fəaliyyətinin xanalarını nə məqsədlər olduğunun parçaları üzə çıxır. Üstə gəlsək sayın Ərdoğanın zəfər paradında “Arazı ayrdılar, qum ilə doyurdular” bayatısının oxunması İran islam Respublikasının Xarici İşlər Nazirliyinin Deportamenti, başda Həsən Zərifin özündən çıxması, bir diplomata layiq olmayan danışıqları yada salsaq İran İslam Respublikasının daxildə, xaricdə anti Azərbaycan və anti Türkiyə, eyni zamanda müsəlman sünnü caamatına qarşı kinəli olduğu üzə çıxdı. Xatırlatmaq istərdik ki, Qum şəhərinin seminarında Qarabağ İslam torpağıdır deyə, Qarabağ Azərbaycanın doğma torpağı olduğunu kölgədə qoyub unutdurmaq istədilər. Eyni zamanda Qarabağda kiçik erməni icmasının təhlükəsizliyini böyüdərək onlara müstəqil statusu qazandırmağa cəhd etdilər. Bunlarla bərabər 30 il ərzində işğalçı Ermənistanın xilasına görə İranın hökumətinin gördükləri işlərinə hərbi, iqtisadi, siyasi və mədəni əmədaşlığa bəraət qazandırmağa çalışdılar. Yuxarıda qeyd etdiklərimizə rəğmən Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası regionda sülh, ədalət və əməkdaşlıq tərəfdarı olduqları dəfələrlə cənab İlham Əliyev və sayın Ərdoğan tərəfindən təkid edilmişdir. Region ölkələrinin istər İran, Erməsintan, Rusiya, İraq, Gürcüstan, Türkiyə və Azərbaycanın hərtərəfli gəlişməsinə, iki tərəfli və neçə tərəfli əməkdalığına sərmayə qoyuluşuna, komunnikasının inkişafına dair cəhdlər və təşəbbüslər irəli sürülən bir vaxtda Fransız Papazın regionda qarşıdurma niyyətləri ilə kürd terorist PPK-çılar və digər ziyadə tələb təşkilatlarla şiə, sünnü qarşıdurma cərəyanlarının dəyirmanlarına su tökmək və belə bir gərginlik istiqamətində məqsədlərə susmağın təbbi ki, aqibəti rüsvayçılıqdan başqa bir şey ola bilməz. İstər bu siyasət Fransız Papazın tərəfindən, istərsə də Makronun tərəfindən, istər Zərifin tərəfindən, istərsə də İqlimi Kürdüstan tərəfindən dəstəkləsin.

Abdulla Əmir Haşımi Cavanşir
Tarix: 21. 12. 1399

Şərhlər bağlıdır.